AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
24 Mart 2021 13:25
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 23 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 731 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Qasımova Sevinc Mayıl qızına məxsus kafe;
2. Bakı şəhəri, Səbail rayonu, R. Rza küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Ramiz Fikrət oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 37D ünvanında yerləşən, fiziki şəxs Ələsgərzadə Vasif Fəxrəddin oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus "Kabak" restoranı;
5. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küçəsində yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus "Halal manqal" kafesi;
6. Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, hüquqi şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətina məxsus “The Bagel Bar” restoranı;
7. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 1 ünvanında yerləşən fiziki şəxs Nüsrətov Samit Tofiq oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Soltanzadə Anara məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;
10. Bakı şəhəri, Xətai rayonu, A. Novruzov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Seyidov Miryaqub Mirvəli oğluna məxsus "Dostluq" kafesi;
11. Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əbdülhəlimli Rəşxan Zakir oğluna məxsus kafe;
12. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Emin Faiq oğluna məxsus "Dönərçi" kafesi;
13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Teymurov Elsevər İsmayıl oğluna məxsus kafe;
14. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus "Ovqat" restoranı;
15. Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən, fiziki şəxs Osmanov Fəqan Telman oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 29 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli Hüseyn oğluna məxsus kafe;
17. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus “Sərin” restoranı;
18. Bakı şəhəri Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən, hüquqi şəxs "Asnaf" sənaye şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Staybridge” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
19. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, fiziki şəxs Hümbətova Mehbarə Paşa qızına məxsus "Laçın yekləri" kafesi;
20. Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 9/20 ünvanında yerləşən, fiziki şəxs Həsənova Kifayət Təvəkkül qızına məxsus "Kinder Ville" kafesi;
21. Gədəbəy rayonu, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Sadıqov Sərxan Gündüz oğluna məxsus kafe;
22. Şamaxı rayonu, Bakı-Qazax yolunun 141-ci kilometrliyində yerləşən, fiziki şəxs Abdullayev Sahib Hüseynbala oğluna məxsus "Sərin Meşə" restoranı;
23. Ağsu rayonu, Ağsu dolayları ünvanında yerləşən, fiziki şəxs Tamerlan Yengibar oğluna məxsus restoran;
24. Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən, fiziki şəxs Rəhimov Azad Oktay oğluna məxsus kafe;
25. Qəbələ rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Abdurahmanzadə Tural Hamlet oğluna məxsus çay evi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri aparılıb. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, mətbəxdə texnoloji ardıcıllığa riayət edilmədiyi, istehlaka təqdim edilən ətlərin müvafiq icazə sənədlərinin olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədən fəaliyyət göstərdiyi və digər nöqsanlar aşkarlanıb. Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Qeyd olunan uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib. Əlavə olaraq, laborator müayinələrin aparılması məqsədilə ət məhsullarından nümunələr götürülüb. Link:
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib. İctimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Giriş