AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
27 Mart 2021 14:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 26 mart 2021-ci il tarixində ölkə üzrə 456 ictimai iaşə obyektində 766 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus kafe;
2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, fiziki şəxs Nəcəfov Nemət Nəcəf oğluna məxsus restoran;
3. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Ozmen Faruk Cemilə məxsus kafe;
4. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 6 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Pərviz Əliağa oğluna məxsus “United Coffee Beans” kafesi;
5. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küçəsi, ev 83/23 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Dilşad Abbasəli qızına məxsus “Gecənin sehrində” kafesi;
6. Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İlahi Rəhim oğluna məxsus “Pub” kafesi;
7. Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi, ev 1 ünvanında yerləşən, hüquqi şəxs “Yeni Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
8. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Kantayev Pirdas İbrahim qızına məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Rəhim Ərşad oğluna məxsus kafe;
10. Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 999M ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;
11. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus "Nəlbəki" kafesi;
12. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus “Zümrüd”kafesi;
13. Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən, fiziki şəxs Xəlilov İlqar Xəlil oğluna məxsus "Mutlu" dönər evi;
14. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Qədiyev Anar Elşad oğluna məxsus "Yakudza sushi" kafesi;
15. Bakı şəhəri, Nəsimi rayonu, Əlimardan bəy Topçubaşov küçəsi, ev 11 ünvanında yerləşən, hüquqi şəxs "SEK" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Best Center Hotel” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;
16. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd küçəsi, ev 18, mənzil 8 ünvanında yerləşən, fiziki şəxs Aslan Məmmədov Elşad oğluna məxsus “Hazz” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;
17. Gəncə şəhəri, M. P. Vaqif küçəsi, ev 160A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Musa Mehman oğluna məxsus kafe;
18. Ağcabədi rayonu, S. Vurğun küçəsində yerləşən, fiziki şəxs Bayramov Babək Hüseyn oğluna məxsus çay evi;
19. Ağcabədi şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hacıyev Məhəmməd Vahid oğluna məxsus "NZS" kafesi;
20. Ağcabədi rayonu, Dörd yol ərazisində yerləşən, fiziki şəxs Quliyev Emin Əhliman oğluna məxsus kafe;
21. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Abbasov Ceyhun Tahir oğluna məxsus “Qardaşlar” çay evi;
22. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Fətəliyev Elmin Vəzirxan oğluna məxsus “Flaminqo” kafesi;
23. Salyan rayonu, Ə. Hüseynov küçəsində yerləşən, fiziki şəxs Qasımov Nurlan Ağaşirin oğluna məxsus kafe;
24. Qazax şəhəri, Ə. Şıxlinski küçəsində yerləşən, fiziki şəxs Həsənov Aydın Sabir oğluna məxsus “Kür” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında yerləşən, fiziki şəxs Cümşüdova Aysel İntiqam qızına məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. İstehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Məlum olub ki, müəssisə təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərib. Həmçinin obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilmədiyi aşkarlanıb. Yoxlama zamanı tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emalın Bakı şəhərində aparılmasına baxmayaraq, dovğa, şor və qatıq məhsullarının etiketlərində coğrafi adlardan istifadə olunaraq “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” qeyd edildiyi və bununla da istehlakçıların aldadıldığı məlum olub. Habelə müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər (Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay), kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
Göbələkdən zəhərlənmənin baş verməməsi üçün nələrə diqqət yetirməliyik?
İnsanlar göbələklərdən qədim zamanlardan istifadə edirlər. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, B, C, D qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir diyetoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələk bitkisi qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, həm də həzmi çətin qidalar qrupuna aiddir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələyin yığılmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, insan həyatı üçün potensial təhlükə yaradır. Göbələyin tərkibində çoxlu toksinlər mövcuddur. Papaqlı göbələklərin tanınan 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir: - tanış olmayan və şübhəli olan göbələklərin yığılması; - qurdlu və ya çürük, köhnə göbələklərin yığılması və istifadəsi; - aşağı keyfiyyətli qablaşdırmadan istifadə; - göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi; - göbələkdən hazırlanmış qidanın saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması; - göbələklərin spirtli içkilərlə birlikdə istehlakı. Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır. Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər. Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir. Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır. Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, yığılması, daşınması, saxlanması və emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur.
Şabranda ət satışı məntəqəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şabran şəhəri, Mərkəzi Bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Mirzəyev Bəhmən Mirzəli oğluna məxsus ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Ət satışı məntəqəsinin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb. Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, satış məntəqəsində nöqsanlar aradan qaldırılanadək xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Giriş