AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
28 Mart 2021 16:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 27 mart 2021-ci il tarixində ölkə üzrə 404 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Suraxanı rayonu, A. Rzayev küçəsində yerləşən, fiziki şəxs Qəmbərov Arzuman İlham oğluna məxsus kafe;
2. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S. Mənsur küçəsində yerləşən, fiziki şəxs Nuriyev Ziyad Xanəli oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi, ev 324G ünvanında yerləşən, fiziki şəxs Sadıqov Fərda Zəki oğluna məxsus "Pəncərə" restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, ev 30 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elçin Gündüz oğluna məxsus "Chado Tea & Lounge” restoranı;
5. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küçəsi, ev 11 ünvanında yerləşən, hüquqi şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sülh küçəsi, ev 33C ünvanında yerləşən, fiziki şəxs Mədətzadə Nahid Atababa oğluna məxsus dönər evi;
7. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət , Namiq Quliyev küçəsi, ev 50/52-nin yanında yerləşən, hüquqi şəxs “Hermes LTD” Məhdud Məsuliyyətli Müəssisəsinə məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin 14-cü hissəsində yerləşən, hüquqi şəxs “Xəzər-1” firmasına məxsus restoran;
9. Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, fiziki şəxs Quliyev Hüsü Babaş oğluna məxsus "Domik" kafesi;
10. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Nağıyev Vüqar Nizami oğluna məxsus "059" kafesi;
11. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən, fiziki şəxs Həmzəyev Maqsud Etibar oğluna məxsus “Piano” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
12. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Muştaqov Nicat İlham oğluna məxsus çayxana;
13. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Nuğayev Ədalət Rza oğluna məxsus “Ant Petrol” kafesi;
14. Göygöl rayonu, Hacıyev küçəsində yerləşən, fiziki şəxs Hacıyev Məsud Afdandil oğluna məxsus kafe;
15. Qusar rayonu, Çiləgir kəndində yerləşən, fiziki şəxs Balakişiyev İmran Muxtar oğluna məxsus “Diamond” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş