AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
29 Mart 2021 15:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 28 mart 2021-ci il tarixində ölkə üzrə 420 ictimai iaşə obyektində 714 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən, fiziki şəxs Məmmədov İlqar Budaq oğluna məxsus "Qala" kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ünvanında yerləşən, fiziki şəxs Eminov Ədalət İntiqam oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nəsimi rayonu, Cəfərov küçəsində yerləşən, fiziki şəxs Nağıyev Orxan Etiraf oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən, fiziki şəxs Salmanov Fəxrəddin Məhəmmədəli oğluna məxsus "Çinar" kafesi;
5. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən, fiziki şəxs Əzizov Razil Məhəmməd oğluna kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən, fiziki şəxs Mustafayev Anar Çingiz oğluna məxsus restoran;
7. Bakı şəhəri, Yasamal rayonu, “Bakı Şəhər Avtomobil Satış Mərkəzi”ndə yerləşən, fiziki şəxs Novruzov Elçin Azər oğluna məxsus "Tantuni" kafesi;
8. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 78 ünvanında yerləşən, fiziki şəxs Əliyev Füzuli Allahyar oğluna məxsus "Set Pub & Lounge" kafesi;
9. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlillov küçəsi, ev 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus "Senior Mansimo" kafesi;
10. Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 16/18, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Babayev Nail Yadigar oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nəsimi rayonu, Rza küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs İmanov Nurlanbəy Heydar oğluna məxsus şərab evi;
12. Baki şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 216 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Əhliman Mirzə oğluna məxsus "Manqalüstü" restoranı;
13. Göygöl rayonu, Kazımov küçəsində yerləşən, fiziki şəxs Cəfərova Nəcibə İsa oğluna məxsus çayxana;
14. Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən, fiziki şəxs Orucov Rəşad Rəşid oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə ciddi nəzarət edilir-VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir. Çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır.
“Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, “Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirilib. Bazarda sanitariya norma və qaydalarının, eləcə də texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Baxış zamanı ət, süd və balıq məhsullarının temperatur rejiminə əməl edilmədiyi, müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların satışa çıxarıldığı, məhsulların saxlanılması üçün xüsusi soyuducuların təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər ciddi nöqsanlar aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş