AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
31 Mart 2021 15:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 30 mart 2021-ci il tarixində ölkə üzrə 457 ictimai iaşə obyektində 768 monitorinq keçirilib. Monitorinqlər zamanı 27 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 69d ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanlı Səməndər Habil oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 5 (Keşlə bazarına gedən yolun sağında) ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşfiq Rəfael oğluna məxsus “Sərin” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 20A, mənzil 22 ünvanında yerləşən, fiziki şəxs Mirzəcanova Günay Mirbağır qızına məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən, fiziki şəxs Mustafayev Nizami Ərşad oğluna məxsus kafe;
5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus dönər evi;
6. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən, fiziki şəxs Allahverdiyev Nəsimi Eldar oğluna məxsus restoran;
7. Bakı şəhəri, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elşən Aydın oğluna məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində yerləşən, fiziki şəxs Şəfiyeva Qonça Əşrəf qızına məxsus dönər evi;
9. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən, fiziki şəxs Quliyeva Günay Tahir qızına məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs "Xudafərin-54" firmasına məxsus restoran;
11. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən, fiziki şəxs İsmayılov Elfaq Mirəli oğluna məxsus “Troya” çay evi;
12. Bakı şəhəri, Nizami rayonunda yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus “Neon” restoranı;
13. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 2524, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Şərifov Vüsal Asif oğluna məxsus çay evi;
14. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 35A ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Mehmana məxsus “Mamei” kafesi;
15. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus “Kolorit” kafesi;
16. Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 55 ünvanında yerləşən, fiziki şəxs Qulaməliyev Emin Gündüz oğluna məxsus kafe;
17. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospektində yerləşən, hüquqi şəxs "McDonald`s Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə məxsus restoran;
18. Bakı şəhəri, Yasamal rayonu, B. Səfəroğlu küçəsində yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus "Samovar" restoranı;
19. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 43 ünvaninda yerləşən, fiziki şəxs Nəsibov Yunis Sərdar oğluna məxsus "Trio Pub" kafesi;
20. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 70 ünvanında yerləşən, fiziki şəxs Zakirli Zaur Zakir oğluna məxsus "Karona" kafesi;
21. Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi ünvanında yerləşən, fiziki şəxs Rəsulov Məmməd Seyfulla oğluna məxsus "Aristokrat" çay evi;
22. Bakı şəhəri, Kral Hüseyn küçəsi 52 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Emil İsmayıl oğluna məxsus “Nine Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
23. İmişli şəhəri, M. Əzizbəyov küçəsində yerləşən, fiziki şəxs Abbaslı Rüfət Loğman oğluna məxsus kafe;
24. İmişli şəhəri, pambıq zavodu ərazisində yerləşən, fiziki şəxs Əliyev Bəhruz Süleyman oğluna məxsus kafe;
25. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Cəbiyev Vasif Oktay oğluna məxsus çay evi;
26. Qazax rayonu, Nəriman Nərimanov qəsəbəsində yerləşən, fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğluna məxsus kafe;
27. Gəncə şəhəri, Şah İsmayıl Xətai ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyev Vüsal Mətləb oğluna məxsus çay evi;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 16-20 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 17 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə Abdullazadə Abdulla Qorxmaz oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 10 İnzibati protokol tərtib edilib Eyvazov Ariz Kərəm oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Allahverdiyev Nicat Mehdi oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Quliyev İmran Cavid oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 17 İnzibati protokol tərtib edilib Heydərov Ramil İmran oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 19 İnzibati protokol tərtib edilib Abdullayev Yasin Hüseyn oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Asiman Nadir oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış Massivi İnzibati protokol tərtib edilib Nəzərov Məzahir Sahib oğlu Suraxanı rayonu, İ.Musayev küçəsi İnzibati protokol tərtib edilib Məmmədov Hüseyn Kərim oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İnzibati protokol tərtib edilib Namazov Tuncay Abuzər oğlu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 2 İnzibati protokol tərtib edilib Fərzəliyev Bəxtiyar Volodiya oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib İbrahimov Sədrəddin İbrahim oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Pənəliyev Təbriz Novruz oğlu Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “V” massivi İnzibati protokol tərtib edilib Əliyev Sevindik Mehman oğlu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi İnzibati protokol tərtib edilib Zərbəliyev Kərim Məhbub oğlu Xətai rayonu, Cavanşir küçəsi 44 İnzibati protokol tərtib edilib Abşeron rayonu üzrə Babakişiyev Əli Oruc oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib Məmmədli Rəhim İlqar oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi İnzibati protokol tərtib edilib
Xırdalanda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Əmiraslanov Vasif Hidayət oğluna məxsus “Güvən Lahmacun” restoranında planlı yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, mətbəxdə və anbar sahəsində divarların asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin xüsusi ayrılmış yerdə saxlanmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin mətbəxdə mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, restoranın fəaliyyəti məhdudlaşdırılıb.
İstehlaka yararsız ət və subməhsullarının satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Ağcabədi rayonunun Aşağı Avşar kəndində fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahədə keçirilən monitorinq zamanı istehlaka yarasız ət məhsulları və normativ hüquqi aktların tələblərinə cavab verməyən kustar üsullarla təchiz edilmiş metal konstruksiyalı kəsim qurğuları aşkarlanıb. Baxış zamanı satış məqsədilə kəsimi həyata keçirilmiş heyvanın aqoniya halında kəsilməsinə və bakterioloji çirklənməsinə əsaslı şübhələr yarandığı üçün ümumilikdə 171 kq ət və subməhsulu (heyvanın daxili orqanları) müsadirə olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.