AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
2 Aprel 2021 18:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 01 aprel 2021-ci il tarixində ölkə üzrə 440 ictimai iaşə obyektində 746 monitorinq keçirilib. Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Mədən 25 ünvanında yerləşən, fiziki şəxs Qubatov İlkin İlqar oğluna məxsus “Qədim ocaq” restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tale Hafis oğluna məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən küçəsində yerləşən, fiziki şəxs Mehdiyev Yasin Əkbər oğluna məxsus kafe;
4. Bakı şəhəri, Sabunçu rayonu, Gənclik və Bünyadzadə küçələrinin kəsişməsində, yerləşən fiziki şəxs Ağayev Ceyhun Eldar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbalıyev küçəsi, ev 14a ünvanında yerləşən, fiziki şəxs Süleymanova Züleyxa Xudu qızına məxsus “Kronos” restoranı;
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 102 ünvanında yerləşən fiziki şəxs Talışov Elşən Ədalət oğluna məxsus kafe;
7. Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10E ünvanında yerləşən fiziki şəxs Məmmədov Coşqun Lətif oğluna məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi, ev 25A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Elnur Hüseyn oğluna məxsus “Cup-Cup” kafesi;
9. Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev və Çobanzadə küçələrinin kəsişməsində yerləşən fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə Lounge” restoranı;
10. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 49m ünvanında yerləşən fiziki şəxs Əbdüləzimov Elşən Nadir oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3 ünvanında yerləşən, hüquqi şəxs "Şah-Ət" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
12. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Ramil Almas oğluna məxsus “Top Qapı” restoranı;
13. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Elman Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Xanciqazov Şahin Xankişi oğluna məxsus kafe;
14. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ ünvanında yerləşən fiziki şəxs Qasımov Vəlhəd Savalan oğluna məxsus kafe;
15. Sumqayıt şəhəri, 2-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Beydullayev Samir Ramiz oğluna məxsus "Bavariya" kafesi;
16. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fiziki şəxs Şamilov Şamil Ömər oğluna məxsus "Urfa manqal" dönər evi;
17. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski küçəsi 161A ünvanında yerləşən, fiziki şəxs Cabbarov İlqar Yusif oğluna məxsus “Golden City” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
18. Şamaxı rayonu, Bakı-Qazax şossesinin 140-cı kilometrliyində yerləşən, fiziki şəxs Ağakərimov Firavan Eldar oğluna məxsus "Anar" restoranı;
19. Şirvan şəhəri, Salyan dairəsi ünvanında yerləşən, fiziki şəxs Qurbanov Elvin Rızvan oğluna məxsus dönər evi;
20. Tovuz rayonu, Musayev küçəsində yerləşən, fiziki şəxs İsmayılov İsmayıl Mirzə oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş