AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
4 Aprel 2021 16:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 3 aprel 2021-ci il tarixində ölkə üzrə 394 ictimai iaşə obyektində 664 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.
1. Bakı şəhəri, Xətai rayonu, Bayramov küçəsi ev 14 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Qoşqar Vidadi oğluna məxsus ”Tamlı” kafesi;
2. Bakı şəhəri, Səbail rayonu, Ə. Əlizadə küçəsində yerləşən, hüquqi şəxs "Adige" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
3. Bakı şəhəri, Səbail rayonu, Ə. Əlizadə küçəsində yerləşən, fiziki şəxs Zeynalov Urfan İbad oğluna məxsus “Lounge” restoranı;
4. Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədhəsən Hacınski küçəsi 80 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Əfsanə Malik qızına məxsus çay evi;
5. Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Davud Aslanov küçəsi ev 16 ünvanında yerləşən, fiziki şəxs Veysəlov Elməddin Nüsrət oğluna məxsus “Qəbələ” restoranı;
6. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 24 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Asif Həmdulla oğluna məxsus “Rublyovka” restoranı;
7. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2405 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay işığı” kafesi;
8. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən, fiziki şəxs İsbəndiyarov Teymur Şökət oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov küçəsi ev 3, mənzil 5 ünvanında yerləşən, fiziki şəxs İskəndərov Nahid Əfqan oğluna məxsus “Otto Club” kafesi;
10. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə ŞTQ, Səttar Bəhlulzadə küçəsi ev 16 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hacıabdulla oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə ŞTQ ünvanında yerləşən, fiziki şəxs Əlizadə Xəyal Şahin oğluna məxsus restoran;
12. Gəncə şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Əliyev Aqil Faxrəddin oğluna məxsus dönər evi;
13. İsmayıllı rayonu, Nizami küçəsində yerləşən, fiziki şəxs Mustafayev Adəm Bahadır oğluna məxsus kafe;
14. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 255 ünvanında yerləşən, hüquqi şəxs “SVISS” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Continental” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş