AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
23 Aprel 2021 17:20
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 22 aprel 2021-ci il tarixində ölkə üzrə 443 ictimai iaşə obyektində 762 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, A. Heydərov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Məhəmmədov Nihad Füzuli oğluna məxsus "Stara praqa" kafesi;
2. Bakı şəhəri, Nərimanov rayonu, A. Heydərov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Eldar Əli oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Şirin Mirzəyev 51A ünvanında yerləşən, fiziki şəxs Zülfüqarlı Aqil Faiq oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç., ev 52 ünvanında yerləşən, fiziki şəxs Bağırov Xaliq Bağır oğluna məxsus kafe;
5. Bakı şəhəri, Binəqədi rayonu, C. Xəndan küç., ev 50D ünvanında yerləşən, fiziki şəxs Hacıyev Nəsir Tapdıq oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə ştq, M. Davudoğlu küç., ev 96B ünvanında yerləşən, fiziki şəxs Süleymanov Turqut Nizaməddin oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küç., ev 298 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Elçin Bəkir oğluna məxsus "Qədim Qəbələ" kafesi;
8. Bakı şəhəri, Binəqədi rayonu, N. Nərimanov küç., ev 15N ünvanında yerləşən, fiziki şəxs Həsənov İbrahim Tofiq oğluna məxsus "Han Garden" restoranı;
9. Bakı şəhəri, Binəqədi rayonu, N. Nərimanov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanlı Səməndər Habil oğluna məxsus kafe;
10. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 135 saylı məktəbin yanında yerləşən, fiziki şəxs Zülfüqarov Mübariz Əli oğluna məxsus "Atilla" kafesi;
11. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 3G yerləşən, fiziki şəxs Bəfadarlı Hüseyn Dünyamalı oğluna məxsus çay evi;
12. Bakı şəhəri, Sabunçu rayonunda yerləşən, fiziki şəxs İbadov Balacaağa Abas oğluna məxsus "Sabunçu" kafesi;
13. Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küç., V massiv, 2-ci binanın arxasında yerləşən, fiziki şəxs Qəbilov Mirzə Rza oğluna məxsus "Günəş" kafesi;
14. Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., ev 26, m. 2/3 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Turqut Elşən oğluna məxsus "Dürmək" kafesi;
15. Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov 17 ünvanında yerləşən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus "Fayton" restoranı;
16. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç., ev 220 ünvanında yerləşən, hüquqi şəxs "Entree Azərbaycan" MMC-yə məxsus restoran;
17. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küç., ev 88, m. 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Orxan Rasim oğluna məxsus "Şirvanşah muzeyi” restoranı;
18. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemmətulla küç., ev 49 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa oğluna məxsus "Köşə" kafesi;
19. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 81 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Sərxan İlqar oğluna məxsus "Məkan" kafesi;
20. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ticarət cərgəsində yerləşən, fiziki şəxs İmanov Raqif Köçəri oğluna məxsus "Vedi" kafesi;
21. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Əliyeva Mehriban Milas qızına məxsus "Lənkəran təndiri" kafesi;
22. Gəncə şəhəri, A. İsgəndərov küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Qasımov Elmuraz Şahmuraz oğluna məxsus çay evi;
23. Gəncə şəhəri, Atatürk pr., 257a, m. 6 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Ceyhun Fazil oğluna məxsus çay evi;
24. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Məmmədov İbrahim Rum oğluna məxsus kafe;
25. Ağcabədi rayonu, E. İsmayılov küçəsində yerləşən, fiziki şəxs Həsənzadə Nəvai Xətai oğluna məxsus dönər evi;
26. Şirvan şəhəri, M. Ə. Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əliyev Müşfiq Mahir oğluna məxsus kafe;
27. Şirvan şəhəri, Sever yolunda yerləşən, fiziki şəxs Məmmədov Yusif Zöhrab oğluna məxsus kafe;
28. Şirvan şəhəri, Salyan dairəsində yerləşən, fiziki şəxs Babayev Famil Davaxan oğluna məxsus kafe;
29. Xaçmaz rayonu, Arzu küçəsində yerləşən, fiziki şəxs Heydərova Həqiqət Mehyətdin qızına məxsus kafe;
30. Qusar rayonunda yerləşən, fiziki şəxs Şıxmuradova Ella Balaməhəmməd qızına məxsus kafe;
31. Göyçay rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Rzayev Sənan Teymur oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.