AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
26 Aprel 2021 17:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 25 aprel 2021-ci il tarixində ölkə üzrə 424 ictimai iaşə obyektində 708 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən, fiziki şəxs Həsənov Ruslan Yasim oğluna məxsus "Marqarita" restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küç., ev 51, m. 1 ünvanında yerləşən, hüquqi şəxs "Havin" MMC-yə məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küç., ev 21D ünvanında yerləşən, fiziki şəxs Əmirəslanov İlqar Taleh oğluna məxsus "Əli usta" kafesi;
4. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küç., ev 6-8 m ünvanında yerləşən, fiziki şəxs Mürsəlov Şahin Rəhim oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Kənan İlqar oğluna məxsus restoran;
6. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 25m ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurant" MMC-yə məxsus "Yüngül Cinayətlər" restoranı;
7. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küç., ev 24m ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus "Öz kardeşler" restoranı;
8. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Zaur Məmmədova məxsus "Social Baku" restoranı;
9. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr-da yerləşən, fiziki şəxs Əyyubov Kərbərayi İbrahim oğluna məxsus kafe;
10. Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, S. S. Axundov küç., ev 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., bina 11/35 küçəsində yerləşən, fiziki şəxs Şərifov Emil Mübariz oğluna məxsus "Portofino" restoranı;
12. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, fiziki şəxs Şükürov Vüsala məxsus "Ayxan" kafesi;
13. Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi 41-ci km ünvanında yerləşən, fiziki şəxs Həsənli Vüqar Əlişir oğluna məxsus "Terminal" kafesi;
14. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan ştq, Salyan şosesində yerləşən, fiziki şəxs Nağıyeva Gülşən Ağapolad qızına məxsus "Qızıl Qum" kafesi;
15. Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ qəsəbəsi, Bakı-Salyan şosesi 14-cü km ünvanında yerləşən, fiziki şəxs Əliyeva Aynurə Kəramət qızına məxsus "Karadəniz" çay evi;
16. Bakı şəhəri, Yasamal rayonu, 615-ci məhəllə, M. İ. H. Naxçıvani küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Bəylər Samir oğluna məxsus restoran;
17. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən, fiziki şəxs Bədirli Şahin Fəzail oğluna məxsus çay evi;
18. Bakı şəhəri, Nərimanov rayonu, A. Nemətulla küçəsində yerləşən, fiziki şəxs Mehdiyeva Səbinə Xeybər qızına məxsus "Öz dad lahmacun" kafesi;
19. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 51 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Şaiq Şövqü oğluna məxsus çay evi;
20. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən, fiziki şəxs Quliyev Hacıbaba Hüseynağa oğluna məxsus "Zəfəran" restoranı;
21. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən, fiziki şəxs Həsənova İradə Tofiq qızına məxsus "Bal şəkər şirniyyat" kafesi;
22. Bakı şəhəri, Nizami rayonu, M. Gəncəvi küçəsində yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus "Xəzri" restoranı;
23. Qazax rayonu, İkinci Şıxlı ünvanında yerləşən, fiziki şəxs Omarov Tofiq Zakir oğluna məxsus kafe;
24. Gəncə şəhəri, D. Qorqud küçəsində yerləşən, fiziki şəxs Rzayev Elşən Elxan oğluna məxsus kafe;
25. Gəncə şəhəri, M. Bağırov küçəsində yerləşən, fiziki şəxs Məlikov Mübariz Süleyman oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş