AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
29 Aprel 2021 18:18
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 28 aprel 2021-ci il tarixində ölkə üzrə 471 ictimai iaşə obyektində 791 monitorinq keçirilib. Monitorinqlər zamanı 26 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən, fiziki şəxs Məmmədov Tural Natiq oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küç., ev 11 ünvanında yerləşən, fiziki şəxs Qüdrətzadə İmran Ziyafət oğluna məxsus "Özbək plovu" kafesi;
3. Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küç., ev 3A ünvanında yerləşən, fiziki şəxs İsayev İsa Rusdam oğluna məxsus "Mirvari ailəvi" restoranı;
4. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq ünvanında yerləşən, fiziki şəxs Yusifov Rəfail Kamil oğluna məxsus "Praqa" restoranı;
5. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Viktor Seryoqin küç., ev 20 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Məmməd Sadıx Azər oğluna məxsus "Panorama" restoranı;
6. Bakı şəhəri, Yasamal rayonu, Cənubi Nərimanov meydanı, ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus "Nəlbəki" restoranı;
7. Bakı şəhəri, Səbail rayonu, Z. Tağıyev küç., ev 16 ünvanında yerləşən, fiziki şəxs Babayev Nail Yadigar oğluna məxsus "Burger House" restoranı;
8. Bakı şəhəri, Nəsimi rayonu, R. Rza küç., ev 16 ünvanında yerləşən, fiziki şəxs İmanov Nurlanbəy Heydər oğluna məxsus restoran;
9. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küç., ev 56, m. 34 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Rəsul Fəxrəddin oğluna məxsus "Peçat dönər";
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küçəsində yerləşən, fiziki şəxs Merkulov Eldar Sabir oğluna məxsus "Köhnə Bakı" kafesi;
11. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Həsənov Həsənə məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 75 ünvanında yerləşən, fiziki şəxs Bünyatov Seymur Kamalxan oğluna məxsus "75 restoran";
13. Bakı şəhəri, Yasamal rayonu, N. Hikmət küçəsində yerləşən, fiziki şəxs Hüseynov Rəşad Zilfi oğluna məxsus "Cafepark" kafesi;
14. Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küç., 9-cu mkr-da yerləşən, fiziki şəxs Mustafayev Samir Mais oğluna məxsus kafe;
15. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq ünvanında yerləşən, fiziki şəxs Əmirov Afat Vəkil oğluna məxsus kafe;
16. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Elməddin Əliyev Nazim oğluna məxsus "Lion Garden" kafesi;
17. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 41m ünvanında yerləşən, fiziki şəxs İbişov Emil Xaləddin oğluna məxsus çay evi;
18. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsi 41m ünvanında yerləşən, fiziki şəxs Zülfüqarov Şakir Şahin oğluna məxsus kafe;
19. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospektində yerləşən, fiziki şəxs Babayev İlham Məmmədəli oğluna məxsus "Anatoliya" restoranı;
20. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küç., ev 55, m. 92 ünvanında yerləşən, fiziki şəxs Tatyana Rezniçenko Viktorovna qızına məxsus "U Tani" kafesi;
21. Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küç., ev 20/116 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Tural Abdul oğluna məxsus "Park Fırın" kafesi;
22. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Əliyev Nemət Yadigar oğluna məxsus "Məkan Buratino" kafesi;
23. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən, fiziki şəxs Həsənov Elşad Fərman oğluna məxsus "Kristal 515" kafesi;
24. Hacıqabul rayonu, Navahi kəndində yerləşən, fiziki şəxs Ağamaliyev Rəfaət Mənsim oğluna məxsus kafe;
25. Göygöl rayonu, H. Əliyev pr., ev 18, m. 3 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Fariz Hömmət oğluna məxsus kafe;
26. Şamaxı rayonu, Nəriman Nərimanov küçəsində yerləşən, fiziki şəxs Maniyev Eldar İntiqam oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.