AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
30 Aprel 2021 15:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 29 aprel 2021-ci il tarixində ölkə üzrə 449 ictimai iaşə obyektində 756 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Ə. Əliyev küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Suna Kasım oğluna məxsus "Suna ilə" kafesi;
2. Bakı şəhəri, Xətai rayonu, Həsən Salani 17 ünvanında yerləşən, fiziki şəxs Rüstəmli Fuad Taleh oğluna məxsus "Nəlbəki" çay evi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Ə. Mehbalıyev prospekti, ev 14Z ünvanında yerləşən, fiziki şəxs Məmmədov Tamerlan Cavid oğluna məxsus dönər evi;
4. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov ştq, Şamil Kamilov küçəsində yerləşən, fiziki şəxs Tagıyev İlahi Rəhim oğluna məxsus "Pub" kafesi;
5. Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad ştq ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Ceyhun oğluna məxsus "Taxtalı" kafesi;
6. Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad ştq ünvanında yerləşən, fiziki şəxs Məmmədov Barat Tariyel oğluna məxsus "Barat" çay evi;
7. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küç., ev 2A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Sərxan Qərib oğluna məxsus "Meduza" restoranı;
8. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küç., ev 2A ünvanında yerləşən, fiziki şəxs İsmayılov Xalid Behbud oğluna məxsus "Maestro" kafesi;
9. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 182 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Nazim oğluna məxsus kafe;
10. Bakı şəhəri, Yasamal rayonu, B. Vahabzadə küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Rəfiyev Nurlan Raqib oğluna məxsus kafe;
11. Bakı şəhəri, Nəsimi rayonu, R. Rza küç., ev 31m ünvanında yerləşən, hüquqi şəxs "Rash.m.m. Trade and Servicrs-2020" MMC-yə məxsus restoran;
12. Bakı şəhəri, Nəsimi rayonu, Aslanov küç., ev 101m ünvanında yerləşən, fiziki şəxs Quliyev Təvəkkül Şirməmməd oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məhəmmədli oğluna məxsus "Şaurma1" kafesi;
14. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev 25b ünvanında yerləşən, fiziki şəxs Sultanov Altay Şərafəddin oğluna məxsus “Qorodok” restoranı;
15. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Ağayev Kamran Əbülfəz oğluna məxsus "Shish meat house" kafesi;
16. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Abbasov Xəzər Hafis oğluna məxsus kafe;
17. Ağstafa rayonu, Eldəniz Musayev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Taleh Müzəffər oğluna məxsus restoran;
18. Gəncə şəhəri, Heydər Əliyev parkında yerləşən, fiziki şəxs Məmmədov Elnur Cəfər oğluna məxsus kafe;
19. Masallı rayonu, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Həsənov Xoşbəxt Allahverən oğluna məxsus kafe;
20. Masallı rayonu, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Mahmudov Rais Elman oğluna məxsus kafe;
21. Ağcabədi rayonu, Ü. Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Əmirov Elvin Cəfər oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş