AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
3 May 2021 15:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 2 may 2021-ci il tarixində ölkə üzrə 442 ictimai iaşə obyektində 732 monitorinq keçirilib. Monitorinqlər zamanı 17 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə 47c ünvanında yerləşən, fiziki şəxs Babayev Nadir Natiq oğluna məxsus “Mark” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov pr., ev 57, m.24 ünvanında yerləşən, hüquqi şəxs "Merser Food" MMC-yə məxsus “The place” pub;
3. Bakı şəhəri, Binəqədi rayonu, Garaybəyli küç., ev 28B, 3068-ci məhəllədə yerləşən, fiziki şəxs Əhmədov Xaliq Lətif oğluna məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, S. S. Axundov küç., ev 8B, 8 mkr-da yerləşən, fiziki şəxs Əsədov Təşkilat Rəhim oğluna məxsus “Cratos” restoranı;
5. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Mamedov Musalim oğluna məxsus “Kabab Express” kafesi;
6. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109 ünvanında yerləşən, hüquqi şəxs “Sait Ayyıldız" MMC-yə məxsus “Expres 28” restoranı;
7. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ştq ünvanında yerləşən, fiziki şəxs Əhmədov Vilayət Əliağa oğluna məxsus kafe;
8. Bakı şəhəri, Suraxanı rayonu, V massivində yerləşən, fiziki şəxs Kazımov Agamirzə məxsus çay evi;
9. Bakı şəhəri, Nizami rayonu, Əliyev parkında yerləşən, fiziki şəxs Azadov Maqsud Sabir oğluna məxsus restoran;
10. Bakı şəhəri, Nizami rayonu, Əliyev parkında yerləşən, fiziki şəxs Abdulrahmanov Elşad Xəlil oğluna məxsus “Paxlava” kafesi;
11. Bakı şəhəri, Nəsimi rayonu, Ş. Bədəlbəyli küç., ev 106, m.5 ünvanında yerləşən, fiziki şəxs Atlı Abdulkadir məxsus kafe;
12. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 40A ünvanında yerləşən, hüquqi şəxs "Ayyıldız-Mb" MMC-yə məxsus kafe;
13. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəs., ticarət küçəsində yerləşən, fiziki şəxs Sultanov Eşqinə məxsus “Məkan” çay evi;
14. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev 324 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Fərda Zəki oğluna məxsus “Pəncərə” kafesi;
15. Bakı şəhəri, Binəqədi rayonu, Xəndan küç., ev 50 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rəhman Şakir oğluna məxsus kafe;
16. Xaçmaz rayonu, Nərimanov küçəsinda yerləşən, fiziki şəxs Mərdəliyev Vüqar Sabir oğluna məxsus “dönər evi”;
17. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, fiziki şəxs Şəmiyev Sevan Kazım oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş