AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
5 May 2021 16:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 4-də ölkə üzrə 419 ictimai iaşə obyektində 709 monitorinq keçirilib. Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küç., ev 16 ünvanında yerləşən, fiziki şəxs Ağamalıyev Orxan Musa oğluna məxsus “Mugs Coffee and food” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Abdinova Adilə Bəhram qızına məxsus “Coffee Station” kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq küç., ev 12 ünvanında yerləşən, fiziki şəxs Şahverdizadə Anar Rəfayıl oğluna məxsus ”Nişantaşı” kafesi;
4. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Qoşqar Fehruz oğluna məxsus “Qoç ət” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında yerləşən, fiziki şəxs Məmmədov Yaşar Xaxoy oğluna məxsus “Meh” kafesi;
6. Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən, fiziki şəxs Əsədov Vüqar Vaqif oğluna məxsus “Murov” kafesi;
7. Bakı şəhəri, Binəqədi rayonu, C. Xəndan küç., 3066-cı məhəllədə yerləşən, fiziki şəxs Xocaməmmədov Namiq Xocaməmməd oğluna məxsus kafe;
8. Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə küç., ev 26F ünvanında yerləşən, fiziki şəxs Rasulov Şahin Nadir oğluna məxsus “Room lounge” çay evi;
9. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 6a ünvanında yerləşən, hüquqi şəxs “Vəhdət” firmasına məxsus ”Ləvəngi” restoranı;
10. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadiq Gəraybəyli küçəsi 37A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Sənan Tofiq oğluna məxsus kafe;
11. Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk pr. 64B ünvanında yerləşən, fiziki şəxs Qələndərov Malik Zahid oğluna məxsus kafe;
12. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində yerləşən, fiziki şəxs Əliyev Samir Əli oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 25 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus "Yüngül Cinayətlər" restoranı;
14. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 137, m. 69 ünvanında yerləşən, fiziki şəxs Namazova Dürdanə Rəhim qızına məxsus çay evi;
15. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus kafe;
16. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küç., ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus kafe;
17. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, fiziki şəxs Boltares Mərcan İsmayıl qızına məxsus "Panorama" çay evi;
18. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədli Əsəd Dilsuz oğluna məxsus “Tiffozi” kafesi;
19. Mingəçevir şəhəri, Əliağa Vahid küçəsində yerləşən, fiziki şəxs Nəcəfov Sənan Vaqif oğluna məxsus "İstanbul karaoke" çay evi;
20. Salyan rayonu, Ələt Astara magistralında yerləşən, fiziki şəxs Əliyev Tural Tərlan oğluna məxsus kafe;
21. Göygöl rayonu, D. Verdiyev küçəsi 18 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Rasim Kamil oğluna məxsus kafe;
22. Gədəbəy rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynov Sahib Yunis oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Giriş