AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
9 May 2021 18:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 8-də ölkə üzrə 447 ictimai iaşə obyektində 753 monitorinq keçirilib. Monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesində yerləşən, fiziki şəxs Aslanov Valid Vahid oğluna məxsus dönər evi
2. Bakı şəhəri, Səbail rayonu, Mirvari Dilbazi küç., döngə 7 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus “Meating Point” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən, fiziki şəxs Həqiqətzadə Pünhana məxsus “Bahçeli” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küç., ev 51 ünvanında yerləşən, hüquqi şəxs "Azemat" MMC-yə məxsus “Domino’s pizza” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küç., ev 78 ünvanında yerləşən, fiziki şəxs Eminov Ədalət İntiqam oğluna məxsus kafe;
6. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli D yaşayış massivində yerləşən, fiziki şəxs Nəsibov Elvin Natiq oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Heybətzadə Cavidan Cəmaləddin oğluna məxsus dönər evi;
8. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən, fiziki şəxs Qasımova Xoşqədəm Məcid qızına məxsus “155 saylı Su Pavilyonu” kafesi;
9. Bakı şəhəri, Sabunçu rayonu, Əliyev küç., ev 41 ünvanında yerləşən, fiziki şəxs Mustafayev Vidadi Rafiq oğluna məxsus çay evi;
10. Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Shanson” pub;
11. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 52 ünvanında yerləşən, fiziki şəxs Bəkirli Elvin Malik oğluna məxsus “Barley” pub;
12. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 22 ünvanında yerləşən, fiziki şəxs Semyonov Vitali Dmitri oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospeskti, ev 119 ünvanında yerləşən, fiziki şəxs Bayramov Emil Səxavət oğluna məxsus çay evi;
14. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bəşirov Samir Zamir oğluna məxsus "Babamın kababı №1" kafesi;
15. Ucar rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Röyal İlqar oğluna məxsus dönər evi;
16. Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən, fiziki şəxs Təbrizli Səbuhi Əbülfət oğluna məxsus "Təbriz" kafesi;
17. Tovuz rayonu, Qazıqulu kəndində yerləşən, fiziki şəxs Xalıqverdiyev Asif İdris oğluna məxsus kafe;
18. Saatlı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Ağayev Ağanur Faiq oğluna məxsus çay evi;
19. Saatlı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynov Teymur Eldar oğluna məxsus çay evi;
20. İsmayıllı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Vahidli Vahid Ravid oğluna məxsus kafe;
21. Göygöl rayonu, Hacıkənd kəndində yerləşən, fiziki şəxs Rəhimov Elvin Zaman oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.