AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
5 İyun 2021 17:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyun 4-də ölkə üzrə 446 ictimai iaşə obyektində 772 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, A. Bakıxanov 2 ünvanında yerləşən, hüquqi şəxs “Vorf Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Scalini” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Bağırova 15b ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanında yerləşən, hüquqi şəxs "Siti Keyterinq" Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Siti” kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Elçin Əliqulu oğluna məxsus “Krevetka” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Nərimanov küçəsi, ev 15N ünvanında yerləşən, fiziki şəxs Həsənov İbrahim Tofiq oğluna məxsus “Han Garden” restoranı;
6. Bakı şəhəri, Binəqədi rayonu, Nərimanov küçəsi, ev 15F ünvanında yerləşən, fiziki şəxs Qurbanov Munasib Rafiq oğluna məxsus restoran;
7. Bakı şəhəri, Nərimanov rayonu, X. Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Qalota Oleq İqoreviçə məxsus “Tesla” çay evi;
8. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küçəsi, ev 5, mənzil 9 ünvanında yerləşən, fiziki şəxs Kərimov Cahangir Xalid oğluna məxsus “Turac” kafesi;
9. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında yerləşən, fiziki şəxs Qurbanov Fuad Alikoviçə məxsus “Antikinoteatr” kafesi;
10. Bakı şəhəri, Nərimanov rayonu, K. Atatürk 11/16 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Nazir Surxay oğluna məxsus “Çinar” kafesi;
11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 87 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Vaqif Haknəzər oğluna məxsus restoran;
12. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, fiziki şəxs Yunusov Ağabəy Ağasəf oğluna məxsus “Rahib” restoranı;
13. Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 256B ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus restoran;
14. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, ev 3166 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Vüsal Zahir oğluna məxsus kafe;
15. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Həsənov Qivami Hüseyn oğluna məxsus “Tac” dönər evi;
16. Qusar rayonu N. Şərifov küçəsində yerləşən, fiziki şəxs Sədullayev Səfayil Pirnəzər oğluna məxsus kafe;
17. Tərtər rayonu, İrəvanlı kəndində yerləşən, fiziki şəxs Camalov Zaur Bayram oğluna məxsus kafe;
18. Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən, fiziki şəxs Rəhimov Nizami Malik oğluna məxsus kafe;
19. İsmayıllı rayonu, Məmmədov küçəsində yerləşən, fiziki şəxs Süleymanov Seymur Alxan oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Giriş