AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
7 İyun 2021 17:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 6-da ölkə üzrə 437 ictimai iaşə obyektində 758 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ev 5/270 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Arif İbrahim oğluna məxsus "Dükkan" restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi 26M ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting and managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Wall street" restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk 31 ünvanında yerləşən, fiziki şəxs Slojenitsina Viktoriya Aleksandrovnaya məxsus "Bliss" restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Neapol 24a ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus "Pətək" kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 20/22 ünvanında yerləşən, hüquqi şəxs "Beat Catering" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Sumax" restoranı;
6. Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov 9m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Zaur Məhərrəm oğluna məxsus "Taksim kabab" restoranı;
7. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk 65 A ünvanında yerləşən, fiziki şəxs İskəndərov Rəşad Nazim oğluna məxsus kafe;
8. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 251 ünvanında yerləşən, hüquqi şəxs "Hasly" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
9. Bakı şəhəri, Nəsimi rayonu, Səfər Əliyev 23 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Eldənizə məxsus "İstanbul" kafesi;
10. Bakı şəhəri, Yasamal rayonu, Ş. Qurbanov 21 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ruslan Vahid oğluna məxsus "Nəfis Kabab" restoranı;
11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus "Sərin" restoranı;
12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1993-cü məhəlləsində yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;
13. Şamaxı rayonu, Avaxıl ünvanında yerləşən, fiziki şəxs Nərimanov Əlsəf Balası oğluna məxsus kafe;
14. Beyləqan rayonu, magistral küçəsində yerləşən, fiziki şəxs Süleymanov Rizvan İltizam oğluna məxsus kafe;
15. Gəncə şəhəri, Ə.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əliyev Samir Müşfiq oğluna məxsus dönər evi;
16. Masallı rayonu, Təzə Alvadı ünvanında yerləşən, fiziki şəxs Əhədov Xaləddin Seyfulla oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş