AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
25 İyun 2021 17:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 24-də ölkə üzrə 413 ictimai iaşə obyektində 732 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən, fiziki şəxs Əzimov Samir Səttar oğluna məxsus “Təndir kabab” restoranı;
2. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə və Şirin Mirzəyev küç. birləşməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviçə məxsus “Nanə pub” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1, ev 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Hikmət Mahmud oğluna məxsus “Yeni Dad Ailəvi” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 144 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elnur Məhəmməd oğluna məxsus “Mallı” restoranı;
5. Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 1, m 1 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Elçin Rəhman oğluna məxsus kafe;
6. Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanli Bəhruz Dilavər oğluna məxsus kafe;
7. Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs İsmayılov Elman Bəylər oğluna məxsus kafe;
8. Daşkəsən rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədova Kəmalə Həmzə qızına məxsus kafe;
9. Quba rayonu, Küsnətqazma kəndində yerləşən, fiziki şəxs Xamoyev Faiq Ziyadxan oğluna məxsus “Quba Vadi Chalet” mehmanxanasının tərkibində faəliyyət göstərən restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş