AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
9 İyul 2021 15:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 8-də ölkə üzrə 389 ictimai iaşə obyektində 649 monitorinq keçirilib. Monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Hacıyev Sürətdin Sarıxan oğluna məxsus “Ləpədöyən” kafesi;
2. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 146 ünvanında yerləşən, fiziki şəxs Hacıyeva Natəvan Aris qızına məxsus “Lord S pub” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 106 ünvanında yerləşən, fiziki şəxs Abdulkadir Atlıya məxsus restoran;
4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 121E ünvanında yerləşən, hüquqi şəxs "Matin" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Askar” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
5. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Mahmudov İsmət Musa oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən “Hər Gün” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb - VİDEO
Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Suraxanıda unlu qənnadı məmulatlarının emalı müəssisəsində normativ tələblər pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Salehov Mahir Hikmət oğluna məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mal qonşuluğu prinsipinə və məhsulların saxlanma şəraitinə əməl olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi, hazırlanan kremlərin üzərində etiket məlumatlarının (hazırlanma tarixi, saxlama müddəti, şəraiti və s.) qeyd olunmadığı, divar, döşəmə və tavanın tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə olduğu, emal sahəsinin həşəratlarla çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan şirniyyatlardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb.
Giriş