AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
5 Avqust 2021 15:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 4-də ölkə üzrə 417 ictimai iaşə obyektində 710 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Qala 66 ünvanında yerləşən, hüquqi şəxs “Bürc” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bürc Qala” restoranı;
2. Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;
3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məmmədəli oğluna məxsus “Şaurma” kafesi;
4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəs., Mərdəkan dairəsində yerləşən, fiziki şəxs Xuduyev Nicat Etibar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva 251 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Sərvər oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nəsimi rayonu, Nizami 73 ünvanında yerləşən, fiziki şəxs Novzruzov Zaur Gülqardaş oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nəsimi rayonu, Rza 16 ünvanında yerləşən, fiziki şəxs Mehdiyeva Çinarə Aydın qızına məxsus kafe;
8. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Əliyev Azin Arif oğluna məxsus “Narzan” kafesi;
9. Bakı şəhəri, Nərimanov rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Quliyev Coşqun Elşən oğluna məxsus kafe;
10. Bakı şəhər,Yasamal rayonu, Naxçıvani 1 ünvanında yerləşən, hüquqi şəxs "GFC" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “KFC” restoranı;
11. Göyçay rayonu, Şirvanməcid küçəsində yerləşən, fiziki şəxs Veysəlov Emil Vahid oğluna məxsus kafe;
12. Gəncə şəhəri, Nərimanov 33, m 3 ünvanında yerləşən, fiziki şəxs Xoyluyev Mustafa Rantiq oğluna məxsus “Mustafa” kafesi;
13. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Əliyeva Samirə Rizvan qızına məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş