AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
21 Sentyabr 2021 15:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 20-də ölkə üzrə 342 ictimai iaşə obyektində 652 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna ştq, Rasim İmanov 22a ünvanında yerləşən fiziki şəxs Abdullayev Emin Eldar oğluna məxsus “Lazetti” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 25b ünvanında yerləşən fiziki şəxs Mahmudov Vidadi Hüseynqulu oğluna məxsus restoran;
3. Bakı şəhəri, Səbail rayonu, Nizami 42 ünvanında yerləşən hüquqi şəxs “Cafe La Provence" MMC-yə məxsus “Cafe La” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova 101 ünvanında yerləşən fiziki şəxs Mürsəlzadə Sadiq Yusif oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları 41/47 ünvanında yerləşən fiziki şəxs Məmmədov Rövşən Zəkəriyyə oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 2a ünvanında yerləşən fiziki şəxs Əliyeva Elmira Akif qızına məxsus kafe;
7. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz 2a ünvanında yerləşən fiziki şəxs Konişeva Elena Vçeslavovnaya məxsus kafe;
8. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 23H ünvanında yerləşən fiziki şəxs Əsgərov Əsgər Zahir oğluna məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr.108 ünvanında yerləşən hüquqi şəxs “Novgün” MMC-yə məxsus “Bagel bar” kafesi;
10. Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44 ünvanında yerləşən hüquqi şəxs "Shah Group Of Companıes" MMC-yə məxsus “Baku Friends Central Park” kafesi;
11. Bakı şəhəri, Yasamal rayonu, M.Naxçivani 25a ünvanında yerləşən fiziki şəxs Səfərov Afiq Əliaga oğluna məxsus “Galata” restoranı;
12. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən fiziki şəxs Şəkərov İmran İslam oğluna məxsus çay evi;
13. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov 50 ünvanında yerləşən fiziki şəxs Xəlilov Fikrət Hüseynağa oğluna məxsus kafe;
14. Şəmkir rayonu, Cahangir Əliyev küçəsində yerləşən fiziki şəxs Cavadov Anar Vaqif oğluna məxsus kafe;
15. Mingəçevir şəhəri, “Əşya bazar” ərazisində yerləşən fiziki şəxs Ağayev Azad Şirin oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş