AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
23 Sentyabr 2021 16:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 22-də ölkə üzrə 376 ictimai iaşə obyektində 633 monitorinq keçirilib. Monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35 ünvanında yerləşən, fiziki şəxs Umarov Zaur Umar oğluna məxsus “Bacara” restoranı;
Bakı şəhəri, Sabunçu rayonu, M. Fətəliyev küç., ev 66m ünvanında yerləşən, fiziki şəxs Zalov Fərid Ramiz oğluna məxsus kafe;
Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Rəşad Şaqaim oğluna məxsus kafe;
Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr., ev 53c ünvanında yerləşən, fiziki şəxs Baxışov Hüseyn Əziz oğluna məxsus restoran;
Bakı şəhəri, Nərimanov rayonu, C. Hacıbəyli küçəsi 761 ünvanında yerləşən, hüquqi şəxs “Resant Consulting and Management” MMC-yə məxsus restoran;
Bakı şəhəri, Xətai rayonu, Levanevski küç., ev 4k ünvanında yerləşən, fiziki şəxs Nağıyev Şəhriyar Fərrux oğluna məxsus dönər evi;
Bakı şəhəri, Nizami rayonu, M. Əliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay İşığı” şadlıq evi;
Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 33 ünvanında yerləşən, hüquqi şəxs “Kraun” MMC-yə məxsus “The Crown” oteli;
Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 2/15 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Kamran Məhəddin oğluna məxsus “Təndir” kafesi;
Abşeron rayonu, Xırdalan şəhəri, məh. 30, ev 6, m. 6 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Elşən Səhəddin oğluna məxsus “Hunkar Sofrası” restoranı;
Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən, fiziki şəxs Xəlilov İlqar Xəlil oğluna məxsus “Mutlu” dönər evi;
Gəncə şəhəri, Mehmandarov küçəsi 12a ünvanında yerləşən, fiziki şəxs Şabanov Sakit Elmir oğluna məxsus “Kəhrəba” kafesi;
Gəncə şəhəri, M. A. Abbaszadə küçəsi 56 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Yəmən Soltan qızına məxsus “Bon Appetit” restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş