AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
14 Dekabr 2021 18:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 13-də ölkə üzrə 389 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 May küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus kafe;
2. Bakı şəhəri, Sabunçu rayonu, Mahir Əzimov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Elmira Cəlal qızına məxsus kafe;
3. Abşeron rayonu, Əliağa Vahid küç., m.239 ünvanında yerləşən, fiziki şəxs Ağayev Əsgər Əlisəfa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;
4. Göyçay rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.
Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Mediada yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən, fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib. Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.
“Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi - VİDEO
Hər gün alış-veriş etdiyimiz bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik? Məhsulların saxlanması, daşınması və satışı zamanı hansı tələblərə əməl olunmalıdır? “Qidanın Nəbzi” podkastının növbəti buraxılışında təhlükəsiz ərzaq bazarının əsas şərtlərindən, sahibkar və istehlakçıların məsuliyyətindən danışırıq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş