AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
12 İyul 2020 14:50
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 11 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 161 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Seymur”, “№ 1”, “Əli”, “Grandmart”, “Elşən”, “24 saat”, “Bakı market”, “FA”, “Vedi”, “Vaqifoğlu”, “Elit”, “Sirab”, “Original” marketlər, Nəzərov Şirinbəy Ramazan oğluna, Şükürov Azər Duman oğluna və Məmmədov Elnur Mayıl oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Quba rayonunda “Bizim” kafe, “Qədim Quba”, “Çənlibel” və “Panorama” restoranları
Qusar rayonunda “Karvan” kafe
İsmayıllı rayonunda Nağıyev Mübariz Adil oğluna, Nağıyev Raiz Əhməd oğluna məxsus restoranlar, “Xəyal”, “Günəş park” restoranları, “Dost qapısı”, “Qoşa samovar”, “Halal”, “Mican”, “TV” kafelər
Sabirabad rayonunda Şıxəliyev İftixar Maqsud oğluna məxsus kafe, “Ümüd” kafe
Şirvan şəhərində Rzayev Fərid Faiq oğluna məxsus kafe və Zeynalov İlqar Əliqulu oğluna məxsus ərzaq mağazası
Salyan rayonunda Ağayev Tərlan Əhmədağa oğluna və Qafarov Mirqəfər Seyidəhməd oğluna məxsus kafelər, Həsənzadə Vaqif Hikmət oğluna, Sadıqov Raqli Malik oğluna və Baxışov Rəşid Vaqif oğluna məxsus ərzaq mağazaları
Masallı rayonunda Novruzov İlqar Vasif oğluna, Vəlizadə Fariz Şakir oğluna, İbadova Gülzar Qəribəli qızına, Babayev Cavid Canalı oğluna, Əşrəfzadə Fərrux Əşrəf oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində Məhərrəmov Məhərrəm Arzuman oğluna, Qurbanov Sərxan Elman oğluna, Rayeva Gülarə Ziyəddin qızına məxsus ərzaq mağazaları, “Cavid”, “24 saat”, “Bizim”, “Universam”, “Flaqman”, “Aysberq” marketlər
Tərtər rayonunda Musalı Rauf Azər oğluna, Mehdizadə Elvin Elgiz oğluna və Əliyev Sərxan Altay oğluna məxsus dönərxanalar, Fərzəliyev Elçin Xanlar oğluna və Abışov Anar Xaliq oğluna məxsus ərzaq mağazaları
Şəmkir rayonunda “Balıq evi”, “Məkan” kafeləri, “Ruzi”, “Şəmkir” və “Ballı” ərzaq mağazaları
Tovuz rayonunda Abbasov Dilqəm Məhəmməd oğluna, Qəhrəmanov Elnur Vidadi oğluna, Abdullayev Arif Tofiq oğluna, Məmmədov Xaliq Arif oğluna məxsus ət satışı mağazaları
Zərdab rayonunda İsrafilov Ülvi Şahin oğluna, Məmmədova Şəhla Eyvaz qızına, Məmmədov Elvin Hafis oğluna məxsus ərzaq mağazaları, “Oba”, “Üfüq”, “Ayan” və “Final” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş