AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir
25 İyul 2020 15:15
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 24 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 176 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 80-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Fərid”, “Star”, “Qaqo”, “Şirin”, “Panda”, “Qardaşlar”, “Kübar” marketlər, Əliyev Mübariz Həsən oğluna, Rüstəmova Qəmzə Hacı qızına, Salmanov İsi Məhərrəm oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Sumqayıt şəhərində “Rafiq” və “El” marketlər
Şabran rayonunda “Rəhimli” kafe, Cavadov Gündüz Qənbər oğluna, İsmayılov Taleh Hacı oğluna, Əliyev Tural Fizuli oğluna məxsus kafelər, İsayeva Maidat Azər qızına məxsus şirniyyat mağazası
Xaçmaz rayonunda Hüseynov Ramin Şəfayət oğluna, Hüseynov Yavər Həzrət oğluna, Əhmədov Murad Hakim oğluna, Şərifov Kamal Mahmudağa oğluna, Burcəliyev Mövlan Gəncəli oğluna məxsus ət satışı mağazaları
Neftçala şəhərində Abdullayev Mehman Akif oğluna məxsus ərzaq mağazası, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafe
Salyan rayonunda Rüstəmov Nazim Cavanşir oğluna məxsus ərzaq mağazası
Şirvan şəhərində Qafarov Qismət Ağaşirin oğluna və Hüseynov Şahin Sayadxan oğluna məxsus ərzaq mağazaları
Sabirabad rayonunda Əkbərov Vasif Rasim oğluna və Nuriyev Vüqar Ağahəsən oğluna məxsus ərzaq mağazaları
Göyçay rayonunda Məmmədov Qəşəm Şərif oğluna, Nəbiyev Elnur Qara oğluna, Dəmirov Loğman Hacı oğluna, Xudaverdiyev Azər Zülfü oğluna, Əliyev Abit Rəfail oğluna məxsus ərzaq mağazaları
Şamaxı rayonunda “Şirvan”, “Şam”, “Şirvansaray”, “Xarı bülbül”, “Dədə qorqud”, “Qoşa bulaq” restoranları, Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana, Həsənov Xalid Mirdamət oğluna, Nuraliyev Səməd Ramiz oğluna məxsus kafelər
İsmayıllı rayonunda Qəribov Hakim Səlim oğluna, Əliyeva Sevda Ağahüseyn qızına, Qasımov Fizuli Nəbi oğluna və İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər, Səbirli Vüsal Qalib oğluna məxsus restoran, Abdurazaqov Asif Yusif oğluna, İsmayılov Vüsal Nüsrət oğluna, Babayeva Asudə Həsənalı qızına, Hacıyev Səbuhi Nadir oğluna məxsus ərzaq mağazaları
Mingəçevir şəhərində “Çinar”, “Lalə”, “Sahibkar”, “Asan” marketlər, Rzayeva Zümrüd İbrahim qızına, Əliyeva Vəfa Cəlal qızına, Həbiliyev Amil Sədrəddin oğluna məxsus ərzaq mağazaları
Lənkəran şəhərində “555” və “Xəzər” kafelər
Yardımlı rayonunda “Sərvin” kafe, Nuriyev Seyfəddin Yadulla oğluna məxsus kafe
Biləsuvar rayonunda Yusubov Mehman Yusub oğluna, Mirişov Xudaşükür Xudu oğluna məxsus ət satışı mağazaları
Gəncə şəhərində “Güllər”, “Hiper Əminə”, “Bolmart”, “Zəhmət” marketlər
Goranboy rayonunda Həşimov Zahəddin Məhəmməd oğluna, Zeynalova Gülüş Yunis qızına məxsus ərzaq mağazaları və “Göyçə” market
Şəmkir rayonunda “Uğur”, “Çinar”, “Görüş”, “NZS” kafelər, “Sərxan”, “Bizim” marketlər, Musazadə Rauf Ramiz oğluna məxsus ərzaq mağazası
Ağstafa rayonunda “Gülül” kafe
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Giriş