AQTA mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir
6 Mart 2021 16:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığı üzrə mütəxəssislərinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir. Səfər çərçivəsində AQTA sədrinin müşaviri Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının tabeliyində fəaliyyət göstərən Fumiqasiya Mərkəzi və Bitkilərin Mühafizəsi üzrə İnnovativ Metodların Tətbiqi və İnkişafı Mərkəzinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Görüşdə təzə meyvə və tərəvəzlərin fumiqasiyası, feromon tələlərinin tətbiqinin səmərəliliyi mövzusunda fikir mübadiləsi aparılıb. AQTA mütəxəssisləri Rusiya Federasiyasının ümümi fitosanitar vəziyyəti, karantin fitosanitar ərazilərin dəyişməsi və ya ləğv edilməsi üzrə praktik istiqamətlərin qurulması və idxal prosesi zamanı bitki və bitkiçilik məhsulları ilə bağlı risklərin idarə olunması tədbirləri çərçivəsində fitosanitar qiymətləndirilməsi metodikası ilə yaxından tanış olublar. Eyni zamanda iştirakçılara monitorinq və müşahidələrin aparılması, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən nəzarət tədbirlərinin tənzimlənməsi, metodiki təminatının hazırlanması və məlumat bazasının yaradılması barədə ətraflı məlumat verilib. AQTİ-nin Mərkəzi Fitosanitar Laboratoriyasının əmakdaşları entomologiya laboratoriyasında kolleksiya materialları və mikropreparatların hazırlanması, həşəratların molekulyar metodla təyini prosesini yaxından izləyiblər.
Qeyd edək ki, AQTA və AQTİ mütəxəssislərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş