AQTA nəzarət sahəsində yeni təcrübənin tətbiqinə başlayıb
2 Noyabr 2022 15:15
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qida zənciri obyektlərinə baxış zamanı yoxlayıcılar tərəfindən qiymətləndirmə vahid suallar üzrə aparılacaq.
AQTA tərəfindən qiymətləndirmənin vahid suallar əsasında həyata keçirilməsinin təmin olunması üçün müvafiq sənədlərə dəyişiklik edilib. Həmçinin “Qida obyektinə baxışın keçirilməsinə dair akt”ın nümunəvi formaları tərtib olunub. Bu formalar ictimai iaşə, emal müəssisələri, ilkin istehsal və ticarət obyektləri üçün hazırlanıb. Akt formalarında qida obyektlərinə və məhsullarına dair gigiyena, qablaşdırma, etiketlənmə, daşınma, saxlanma, su təchizatı və kanalizasiya, təmizləmə üsulları və prosedurları, parazitlərlə yoluxmanın qarşısının alınması, qida tullantıları, kəsim mərhələləri və ilkin emal prosesinə dair baytarlıq və sanitariya normaları və qaydaları, heyvan və quşların nəqli ilə bağlı, eləcə də digər tələblərə dair konkret suallar yazılıb.
Qeyd edək ki, “Qida obyektinə baxışın keçirilməsinə dair akt”ın nümunəvi formaları AQTA-nın rəsmi saytında müvafiq bölmədə (https://cutt.ly/tNP7FnR) yerləşdirilib.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri www.afsa.gov.az saytına daxil olmaqla, aktın nümunəvi formaları ilə tanış olmaq və fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə təşkil etmək imkanına malikdirlər. Onlar Agentliyin müfəttişlərinin yoxlama zamanı yerində aydınlaşdıracağı suallarla əvvəlcədən tanış ola və fəaliyyətlərini müvafiq tələblərə uyğun şəkildə təmin edə bilərlər.
AQTA qida təhlükəsizliyinin təmin olunması, həmçinin bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin öz fəaliyyətlərini müvafiq tələblərə uyğunlaşdırılmasına hərtərəfli dəstək göstərməkdədir.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş