AQTA-nın bir qrup əməkdaşı təltif edilib
22 İyun 2023 17:30

22 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıda adları qeyd olunan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub:
1. Əliyev Əkbər Zamiq oğlu
2. İsgəndərov İrfan Xalid oğlu
3. Abdullazadə Hüseyn Abdulla oğlu
Oxşar xəbərlər

AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

“Məktəblilər üçün kişmiş” layihəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq. Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur. Uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Bu səbəbdən kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və müvəffəqiyyət nisbətini artıran qida məhsulu hesab edilir. Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir. Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.

İtaliyadan idxal olunan xörək duzu və qazsız təbii suda uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
