AQTA-nın bitki sağlamlığı üzrə mütəxəssisləri Rusiyada səfərdədir
5 Mart 2021 14:11
1 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki sağlamlığı üzrə mütəxəssisləri Rusiya Federasiyasına səfər ediblər. Səfərin məqsədi iki ölkənin müvafiq laboratoriyaları və elmi-tədqiqat institutları arasında birgə tədqiqatların həyata keçirilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, bu sahədə peşəkar kadrların hazırlanmasıdır.
Səfər çərçivəsində AQTA sədrinin müşaviri Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Ümumrusiya Bitki Karantini Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının rəhbərliyi ilə görüşü keçirilib. Görüş çərçivəsində qarşılıqlı fikri mübadiləsi aparılıb, həmçinin mütəxəssislər elmi sahədə fəaliyyət göstərən şöbə və laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar.
Səfər çərçivəsində Kolomna şəhərində yerləşən müvəqqəti saxlanma anbarlarına da baxış keçirilib. Baxış zamanı AQTA əməkdaşları Rusiyanın müvafiq qurumunun müfəttişləri ilə birgə idxal olunan məhsullara fitosanitar karantin baxışı keçirib və nümunələrin götürülməsi prosesində iştirak ediblər. AQTA və AQTİ mütəxəssisləri nümunələrin qəbulu şöbəsi, nümunələrin ekspertizası laboratoriyasında müayinələrin aparılması prosesini və idxalın rəsmiləşdirilməsini yaxından izləyib, eləcə də müvəqqəti saxlanma anbarlarına daxil olan Azərbaycana məxsus nəqliyyat vasitəsində daşınan fındıq məhsullarının ilkin müayinəsində və karantin ekspertizasında hər hansı zərərli orqanizmin aşkarlanmadığını müşahidə ediblər. Eyni zamanda zərərli orqanizmlərlə sirayətlənmiş yük partiyasının fumiqasiyasının necə həyata keçirildiyi də nümayəndə heyətinə nümayiş etdirilib.
AQTA-nın nümayəndə heyəti, həmçinin Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ərazi idarələri və Ümumrusiya Bitki Karantini Mərkəzinin Moskva şəhəri üzrə ərazi idarəsi laboratoriyalarına səfər edib, burada idxal və ixrac prosesləri zamanı götürülmüş nümunələrin qəbulu, o cümlədən entomologiya, herbologiya, fitohelmintologiya, bakteriologiya və virusologiya laboratoriyalarının iş prinsipi ilə tanış olublar.
Qeyd edək ki, AQTA və AQTİ mütəxəssislərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasına təcrübə səfəri davam edir.
Oxşar xəbərlər
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Beyləqanda məktəblilərin zəhərlənməsi faktı AQTA-nın nəzarətindədir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
AQTA sədri Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini, Baytarlıq və Ərzaq Nəzarəti Departamentinin direktoru İvan Smilgin ilə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında qida təhlükəsizliyi və baytarlıq sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, qida təhlükəsizliyi sistemlərinin ekvivalentliyinin tanınması, baytarlıq preparatlarının birgə istehsalı və heyvanların identifikasiyası məsələləri müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş