AQTA-nın “Erkən kəsimə son!” kampaniyası bölgələrdə davam edir
2 İyun 2026 13:53
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi “Erkən kəsimə son!” maarifləndirmə kampaniyası davam edir.
Kampaniya çərçivəsində AQTA-nın regional bölmələrinin əməkdaşları tərəfindən Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən ət kəsimi məntəqələrində məlumatlandırma aksiyaları təşkil olunub. Tədbirlər zamanı fermerlərə, heyvandarlıq sahəsində çalışan şəxslərə və məntəqə əməkdaşlarına Agentlik tərəfindən hazırlanmış buklet və flayerlər təqdim edilib.
Paylanılan maarifləndirici materiallarda quzuların erkən yaşda kəsilməsinin yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, erkən kəsilən quzulardan əldə olunan ət tam formalaşmadığı üçün qida dəyəri aşağı olur. Eyni zamanda, bu hal heyvanların genetik potensialının zəifləməsinə, məhsuldarlığın azalmasına və ölkədə ət istehsalının davamlılığına mənfi təsir göstərir.
Qeyd edək ki, kampaniyanın əsas məqsədi erkən kəsimin mənfi nəticələri barədə ictimai məlumatlılığı artırmaq, fermerlər və heyvandarlıqla məşğul olan şəxslər arasında maarifləndirməni gücləndirmək, həmçinin bu halların qarşısının alınmasına ictimai dəstəyi genişləndirməkdir. “Erkən kəsimə son!” kampaniyasına millət vəkilləri, ictimai fəallar və tanınmış blogerlər də qoşularaq dəstək veriblər. Onlar müxtəlif platformalarda çıxış edərək, quzuların erkən kəsilməsinin qarşısının alınmasının heyvandarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibliyini ictimaiyyətin diqqətinə çatdırıblar.
Oxşar xəbərlər
AQTA nümayəndəsi EPPO-nun 76-cı sessiyasında iştirak edib
Fransanın Paris şəhərində Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) Şurasının 76-cı sessiyası keçirilib. İclas çərçivəsində EPPO-nun 2026–2030-cu illər üzrə Strateji Planının icrası, növbəti dövr üçün prioritetlərin müəyyənləşdirilməsi, eləcə də təşkilatın əsas vəzifələri və fəaliyyət istiqamətləri müzakirə olunub. EPPO-ya üzv ölkələrin nümayəndələrinin iştirak etdiyi sessiyada bitki sağlamlığı sahəsində regional standartların hazırlanması və yenilənməsi, təşkilatın növbəti dövr üzrə fəaliyyət istiqamətləri və iş proqramı, büdcə və digər təşkilati məsələlər nəzərdən keçirilib, müvafiq qərarlar qəbul edilib. Sessiyanın yekununda təşkilatın 75 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib. Tədbirdə EPPO-nun regional bitki mühafizəsi və bitki sağlamlığı sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişafına, elmi və texniki məlumat mübadiləsinə, fitosanitar tədbirlərin uyğunlaşdırılmasına və bitki sağlamlığının qorunmasına verdiyi töhfələr vurğulanıb. Şuranın iclasında Azərbaycanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
Ev üsulu konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir - Video
Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı və düzgün saxlanma şəraitindən asılıdır. Bu tələblərə əməl edilmədikdə, xüsusilə ət, balıq, tərəvəz, göbələk və digər azturşulu məhsullarda botulizm də daxil olmaqla qida zəhərlənmələri riski yarana bilər. Konserv məhsulları alınarkən qablaşdırmanın bütövlüyünə və qapağın vəziyyətinə diqqət yetirilməlidir. Qapağı şişmiş, qablaşdırması zədələnmiş, sızma olan, həmçinin rəngində, qoxusunda və görünüşündə dəyişiklik müşahidə edilən məhsullar istehlak edilməməlidir. Məhsulun xarici görünüşünün normal olması isə onun təhlükəsizliyinə tam zəmanət vermir. Satışa təqdim olunan ev üsulu konserv məhsulları barədə hazırlanma tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi zəruri məlumatlar təqdim edilməlidir. Mənşəyi və saxlanma şəraiti məlum olmayan, qablaşdırılması şübhə doğuran məhsulların alınmasından çəkinmək tövsiyə olunur. Təhlükəsizliyi ilə bağlı şübhə yaranan konserv məhsullarını istehlak etməyin. Şübhəli hallarla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edin. Link:
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq. Belə ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib. Almaniyanın Koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq. Azərbaycanın Koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq. Qeyd edək ki, 21-25 sentyabr tarixlərində baş tutan sessiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər. Ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş