AQTA-nın məlumatı
24 Sentyabr 2018 00:00
Son günlər bir sıra media orqanlarında və sosial şəbəkələrdə ölkəyə idxal olunan bəzi şirniyyat məhsulları ilə bağlı ümumiləşdirilmiş və dəqiq olmayan məlumatlar yer alıb.
Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, qeyd olunan məhsullar (“Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və İdxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur.
Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan“Ozmo” əmtəə nişanlı “Ogopogo” keks, “ETİ” əmtəə nişanlı “Pop kek” (limon) və “Tutku” məhsullarından, həmçinin “Nutti” və “Monte Lemo” əmtəə nişanlı şokolad yağlarından və “Bonduelle” əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılmışdır. Satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir.
Hazırda satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdən keçmiş təhlükəsiz məhsullardır.
Oxşar xəbərlər
Azərbaycanda heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi internet saytında “Quduzluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsi: heyvanların geniş miqyasda peyvəndlənməsi” sərlövhəli məqalə yayımlanıb. Məqalədə bildirilib ki, 2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, ÜHST, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Quduzluğa Qarşı Qlobal Alyans tərəfindən qəbul edilən “2030-cu ilə qədər insanlar arasında quduzluqdan sıfır ölüm” qlobal strategiyası müxtəlif ölkələrdə bu ölümcül xəstəliyin aradan qaldırılması üçün milli planların hazırlanması üçün əsas olub. Bu istiqamətdə Azərbaycanda mühüm işlər görülüb. Quduzluğa qarşı mübarizə Azərbaycanın baytarlıq xidmətləri və səhiyyə orqanları üçün prioritet məqsədə çevrilib. Əsas vəzifə isə heyvanları peyvənd etməklə quduzluğu aradan qaldırmaq və insanların quduzluq problemi barədə məlumatlılığını artırmaqdan ibarətdir. Məqalədə respublikamızda quduzluqla bağlı mövcud vəziyyət və bu xəstəliklə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bu ilin iyun ayında Avstriyanın paytaxtı Vyanada Avropa məkanında “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi ilə əlaqədar keçirilən seminarda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi, ölkəmizin ÜHST yanında daimi nümayəndəsi Qalib Əbdüləliyev tərəfindən səsləndirilən təkliflərə yer verilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Yunanıstanın Makedoniya və Frakiya inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.