AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib
2 İyun 2020 12:54
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Həmçinin İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür.
Bu dəfə İnstitutun Abşeron Regional Sınaq Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq, milli akkreditasiyadan keçmişdir. Belə ki, laboratoriyanın İSO17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilmişdir.
Həmçinin cari ildə Latviyanın beynəlxalq akkreditasiya qurumu LATAK tərəfindən Abşeron Regional Sınaq Laboratoriyasının İSO17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu qiymətləndirilmişdir. Qurumun qərarına əsasən, laboratoriyanın akkreditasiyası 17 metod üzrə - qida məhsullarının fiziki-kimyəvi və kimyəvi (süd məhsullarında nəmlik və quru qalığın təyini, alkoqolsuz içkilərdə benzoy və sorbin turşusunun təyini) və şərab məhsullarının fiziki-kimyəvi və toksikoloji sınaqları (sıxlıq və nisbi sıxlıq, etil spirtinin həcm payı, ümumi quru ekstrakt, reduksiyaedici maddələr, pH, ümumi turşuluq, uçucu turşular, sərbəst və ümumi kükürd, mis, qurğuşun, kadmium, sink, metanol, dəmir, benzoy və sorbin turşusu) 2021-ci ilin aprelin 15-dək artırılmışdır. Bununla da AQTİ-nin daha bir laboratoriyasının - Abşeron Regional Sınaq Laboratoriyasının milli və beynəlxalq akkreditasiyadan keçirilməsi müvəffəqiyyətlə başa çatmışdır.
Bununla yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və BIPEA arasında imzalanmış bir illik müqaviləyə əsasən, Abşeron Regional Sınaq Laboratoriyasında hər ay göndərilən şərab nümunələrinin sınaqları həyata keçirilir. Hər bir nümunədə azı 15 parametr üzrə beynəlxalq laboratoriyalararası qarşılaşdırılma qiymətləndirilir.
Hazırda Abşeron Regional Sınaq Laboratoriyasında qida məhsullarının fiziki-kimyəvi göstəricilərinin QOST sınaq metodlarının AOAC metodlarına keçirilməsi üzrə sınaqlar həyata keçirilir.
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş