AQTA-nın nümayəndə heyəti Estoniya Respublikasında işgüzar səfərdə olub
28 Oktyabr 2022 18:03
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti 26-27 oktyabr tarixlərində Estoniya Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində Agentliyin sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Kənd Təsərrüfatı və Ərzaq Şurasının baş direktoru Urmas Kirtsi arasında görüş keçirilib. Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlər barədə geniş məlumat verilib, eləcə də yeni qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə dair məsələlər Estoniya tərəfinin diqqətinə çatdırılıb.
Görüşdə nəzarət tədbirləri, informasiya sistemləri, idxala nəzarətin təşkili, Estoniyada qida təhlükəsizliyi və bitki sağlamlığına, həmçinin diri heyvan və qida məhsullarının ixracına nəzarətin həyata keçirilməsi məsələləri üzrə Agentliyin nümayəndə heyətinə təqdimatlar edilib.
Daha sonra Agentliyin nümayəndə heyəti Estoniya Respublikasının Muuga sərhəd nəzarət məntəqəsinə səfər ediblər. Səfər zamanı sərhəd nəzarət məntəqələrində həyata keçirilən işlər, sərhəddə aparılan laborator analizlər, sərhəd nəzarət məntəqələri və aidiyyəti regional idarələr arasında əlaqə qurulmasına dair məsələlər üzrə təcrübələr bölüşülüb.
Eyni zamanda, Estoniya Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin əməkdaşları ilə görüş keçirilib. Görüş çərçivəsində AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların faəliyyəti ilə yaxından tanış olub. Tərəflər gələcəkdə əməkdaşlıqla bağlı niyyətlərini bəyan ediblər.
Oxşar xəbərlər
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş