AQTA nümayəndə heyəti Belarusda işgüzar səfərdə olub
31 İyul 2024 12:56
Cari ilin 29-31 iyul tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinin Belarus Respublikasına işgüzar səfəri olub.
Səfərin məqsədi iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, o cümlədən Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üzrə müzakirələrin aparılmasıdır.
Səfər çərçivəsində Agentliyin sədr müavini Balarəhim Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq naziri Anatoliy Lineviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Azərbaycan səfirinin də iştirak etdiyi görüşdə Agentlik rəhbərinin Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri vəzifəsinə təyin olunması münasibətilə təbriki çatdırılıb. Azərbaycan və Belarus respublikalarının müvafiq qurumları arasında davam etdirilən əlaqələrin daha da genişləndirilməsi istiqamətində potensialın artırılmasının önəmi diqqətə çatdırılıb. Müzakirələr zamanı Azərbaycanda baytarlıq preparatları istehsalının yaradılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi məsələlərinə toxunulub. Azərbaycan və Belarus ölkəmizdə baytarlıq preparatlarının istehsalının yaradılması üzrə konkret tədbirləri əks etdirən yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Həmçinin heyvanların identifikasiyası, qeydiyyatı və izlənməsi sisteminin yaradılması və tətbiqi sahəsində cari əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Görüşdə Belarus Respublikasının qida obyektlərinin (quş əti, quş əti və onun əlavə məhsullarının, habelə yumurta istehsalı və emalı müəssisələri) təsdiqi sisteminin ekvivalentliyinin tanınması üçün gələcək işlər də müzakirə edilib. Eyni zamanda, fitosanitar nəzarəti sahəsində dövlət tənzimləyici orqanlarının informasiya sistemlərinin inteqrasiyası çərçivəsində fitosanitar sertifikatları və fitosanitar nəzarətinin nəticələri barədə elektron formada məlumat mübadiləsi baxımından tərəflərin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində “BelVitunifarm” ASC-yə, “Belarus Dövlət Baytarlıq Mərkəzi” Dövlət Müəssisəsinə, Baytarlıq-Sanitar Ekspertiza Laboratoriyasına, Heyvanların İdentifikasiya Mərkəzinə və Milli Ticarət Evinə də baxış keçirib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş