AQTA nümayəndələri İstanbulda Beynəlxalq Paneldə iştirak edib, bir sıra görüşlər keçirib
29 Noyabr 2025 11:12
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun idarə heyəti sədrinin müavini Elxan Əhmədov İstanbulda “Qida və Su İsrafının Qarşısının Alınması – Gələcəyə Sahib Çıxmaq” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Paneldə iştirak edib. Tədbir çərçivəsində AQTA sədrinin müavini Əziz Şərifovun Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik nazirinin müavini Ahmet Bağcı ilə görüşü baş tutub.
Görüşdə “sıfır tullantı” konsepsiyası (zero waste) üzrə müzakirələr aparılıb və Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər, mövcud təşəbbüslər və gələcək planlar barədə qarşı tərəfə məlumat verilib. Qida israfının qarşısının alınması istiqamətində məsuliyyətin artırılması, dayanıqlı qida sistemi və resursların səmərəli idarə olunmasının strateji əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Görüşdə iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin mövcud vəziyyəti, idxal-ixrac dinamikası, perspektiv planlar müzakirə olunub. Eyni zamanda yüksək riskli məhsulların ixracının sadələşdirilməsi məqsədilə ekvivalentlik və təsdiq sistemlərinin qarşılıqlı tanınması ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Qarşılıqlı əməkdaşlığın bundan sonra da daha intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səfər çərçivəsində həmçinin, “Sıfır Atık Vakfı”nın (Sıfır Tullantı Fondu) rəhbəri Samed Ağırbaş ilə görüş keçirilib. Görüş zamanı Fondun fəaliyyət istiqamətləri və qida israfının azaldılması üzrə həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib. AQTA ilə Fond arasında gələcəkdə birgə layihələrin icra olunması nəzərdən keçirilib.
Oxşar xəbərlər
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər - VİDEO
Baytarlıq müayinəsindən keçməmiş, xəstə və ya xəstəlik şübhəsi olan heyvanların kəsilərək ətinin istehlaka təqdim edilməsi insan sağlamlığı üçün ciddi risklər yaradır. Belə heyvanlardan insanlara bruselyoz, qarayara, vərəm və digər zoonoz xəstəliklər keçə bilər.
İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə geri qaytarılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb edilib.
İdxal olunan dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb
"PTP AZEL" MMC tərəfindən Yaponiyadan idxal olunan “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsulunda uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş