AQTA nümayəndəsi Romada keçirilən beynəlxalq tədbirdə iştirak edib
18 Mart 2026 11:14
Martın 9–13-ü tarixlərində Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) Fitosanitar Tədbirlər üzrə Komissiyasının 20-ci sessiyası (CPM-20) keçirilib.
Hibrid formatda təşkil olunan sessiyada qlobal bitki sağlamlığının qorunması, təhlükəsiz beynəlxalq ticarətin təşviqi və fitosanitar sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət fitosanitar müfəttişi Elmar Allahverdiyev təmsil edib.
Sessiyada beynəlxalq fitosanitar standartların qəbulu və yenilənməsi, IPPC-nin 2020–2030-cu illəri əhatə edən strateji çərçivəsinin icrası, ePhyto sistemindən istifadənin genişləndirilməsi və fitosanitar sahədə rəqəmsallaşma məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, zərərvericilərin yayılmasının qarşısının alınması və risklərin idarə olunması, zərərverici risk analizi və nəzarət prosedurlarının təkmilləşdirilməsi, elektron ticarət və logistika ilə bağlı fitosanitar risklər, eləcə də iqlim dəyişikliyinin bitki sağlamlığına təsiri və erkən xəbərdarlıq sistemlərinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş