AQTA “Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi” mövzusunda mətbuat konfransı keçirib
1 Sentyabr 2021 16:06
Sentyabrın 1-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi” mövzusunda mətbuat konfransı keçirilib.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılması nəzərdə tutulan tədbirlərin görüldüyünü diqqətə çatdıran Agentlik sədri Qoşqar Təhməzli həyata keçirilən layihələr çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” Qanunun yeni redaksiyada hazırlanması işləri aparıldığını, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsi və istifadəsinə nəzarət mexanizmlərinin təkmilləşdirildiyini, eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının maddi-texniki bazasının, infrastrukturunun müasir tələblərə uyğunlaşdırıldığını, bitki sağlamlığına nəzarətin təmin olunması ilə bağlı bu istiqamətdə də ixrac potensialının genişləndiyini bildirib.
Agentlik sədri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idxal-ixrac əməliyyatlarının operativliyi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin informasiya sistemləri arasında inteqrasiya işlərinin həyata keçirildiyi, fitosanitar sertifikatların verilməsi üçün AQTİS elektron informasiya sisteminin müvafiq modulunun işə salındığı və sistemin digər beynəlxalq qurumlarla inteqrasiyası üçün işlərin aparıldığı barədə məlumat verib.
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayıldığını vurğulayan Q. Təhməzli bununla bağlı ölkəmizdə müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizdə bitki sağlamlığının daha da gücləndirilməsi üçün regionlarda bitki sağlamlığı sahəsində, xüsusilə virusoloji müayinələrin aparılması üçün müasir tələblərə cavab verən, maddi-texniki təchizatı güclü olan yeni laboratoriyaların yaradılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edən Q. Təhməzli, eyni zamanda kiçik fermer təsərrüfatları da daxil olmaqla bütün təsərrüfatlarda yetişdirilən məhsulların fitosanitar nəzarətdən keçməklə satışına və ixracına imkan verən mexanizmlərin formalaşdırılması, həmçinin xüsusi təhlükəli bitki xəstəliklərinin daşıyıcısı olan bitkilərin əkin-səpin materiallarının əl yükləri və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilməsini qadağan edən tələblərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş