AQTA qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər görür
14 İyul 2023 15:59

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
13 iyul tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Xaçmaz, Qazax, Şəmkir, Lənkəran, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 17 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
|
Məmmədov Elbrus Zahid oğlu |
Nizami rayonu, B.Çobanzadə küçəsi 65 |
İnzibati protokol tərtib edilib |
|
Zərbəliyev Rəcəb İltizam oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Şöhrət Xəlil oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 12 |
İnzibati protokol tərtib edilib |
|
Hüseynov Şahəddin Aydın oğlu |
Nizami rayonu, Babək prospekti 86 |
İnzibati protokol tərtib edilib |
|
İsfəndiyarov Şəmşad Əvəz oğlu |
Nizami rayonu, R.Rüstəmov küçəsi 36 |
İnzibati protokol tərtib edilib |
Sumqayıt şəhəri üzrə |
|||
|
Qasımov Sakit Qədir oğlu |
Sumqayıt şəhəri, 20-ci mkr |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
|
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
|
Dünyamalıyev Səməd Səlim oğlu |
Bakı küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Nəbiyev Mehdi Akif oğlu |
Hüseynbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
|
Mehdixanlı Elmin Aydın oğlu |
Hüseynbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
|
Orucov Maarif Firuddin oğlu |
Hüseynbəyli kəndi |
İnzibati protokol tərtib edilib |
Şəmkir rayonu üzrə |
|||
|
Eyyubov Roman Qafqaz oğlu |
Zəyəm qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
Lənkəran rayonu üzrə |
|||
|
Ağayev Anar İbrahim oğlu |
M.Mustafaxan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abdullayev Tərlan Daşdəmir oğlu |
M.Mustafaxan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Səmədov Azad Yaşar oğlu |
M.Mustafaxan küçəsi |
İnzibati protokol tərtib edilib |
Masallı rayonu üzrə |
|||
|
Səfərov Balasət Rəhim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Nəzərov Amil Mehman oğlu |
Ərkivan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.