AQTA qaydaları pozan 84 ictimai iaşə və ərzaq satışı müəssisəsi barədə inzibati tədbir gördü
9 İyul 2020 16:50
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 08 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 111 ərzaq satışı mağazası olmaqla ümumilikdə 158 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Adore”, “M5”, “Araz supermarket” (M.Hadi küçəsi), “Araz supermarket” (Gəncə prospekti 135), “Araz supermarket” (Gəncə prospekti 26), “Araz supermarket” (R.Əlicanov küçəsi 17), “Araz supermarket” (S.Cəfərov küçəsi), “Araz supermarket” (General Şıxlinski 29/42A), “Azcake”, “Üç qoca”, “Ecomart” marketlər, Əhmədov Nicat Kərim oğluna, Yusifli Ramin Yusif oğluna, Abdurəhimov Elşad Yamin oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Araz supermarket”, Mikayılova Gülgəz Fərhad qızına məxsus təndirxana
Sumqayıt şəhərində Əliyev Novruz Valeh oğluna və Bayramova Süsən İslam qızına məxsus ərzaq mağazaları
Quba rayonunda Həmzəliyev Elçin Mehrəli oğluna, Səlimov Abdul Cəfər oğluna, Həsənov Elşad Ağarza oğluna və Aslanov Qurban Şirin oğluna məxsus ərzaq mağazaları
Xaçmaz rayonunda Əhmədov Sevdiyar Şahmal oğluna məxsus market, Qasımov Valeh Fizuli oğluna məxsus ərzaq mağazası (fəaliyyəti məhdudlaşdırılıb)
İsmayıllı rayonunda “Ucuz”, “Oba” market, Cavadov Çingiz Cumu oğluna, Cavadov Ruhin Ələsgər oğluna, Adıgözəlov Səməd Aydın oğluna, Xəlilov Eltay Alverdi oğluna, Kərimov Fariz Bəybala oğluna məxsus ərzaq mağazaları, “Dostluq”, “Mican”, “Bənövşə” kafesi, Mustafayev Adəm Bahadur oğluna məxsus kafe, “Xəyal” restoranı
Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Novruz”, “Cənnət məkan” yeməkxanası, “Göylər” kafesi
Neftçala rayonunda, Əmirova Aynurə Saleh qızına, Məhərrəmli Ağababa Sakit oğluna, Mirələkbərli Əzizə Süleyman qızına, Həsənli Namiq Zülfalı oğluna məxsus ərzaq mağazaları
Şirvan şəhərində Sadıqov Ayət Məhərrəm oğluna məxsus ərzaq mağazası
Tərtər rayonunda “Eltun”, “Sizin”, Nəzərov Nəzər Pənah oğluna, Ağayev Qəzənfər Müzəffər oğluna məxsus marketlər, Zeynalov Surxay Bəylər oğluna, İbrahimova Sayalı Bəkir qızına, Nəbiyeva Vəfa Əsəd qızına məxsus kafelər, “Ana və uşaq”, “Xanbağı” kafeləri
Masallı rayonunda Bağırov İlqar Qulam oğluna məxsus market
Cəlilabad rayonunda İsayev Fizuli Xanbaba oğluna məxsus market
Balakən rayonunda Atayeva Cavharat Ramazan oğluna məxsus “Nar” market, Pucaxov Vüsal Rasim oğluna məxsus ərzaq mağazası
Oğuz rayonunda Lətifov Sərdar Zahir oğluna məxsus kafe
Qəbələ rayonunda Yusifov Mahir Əlövsət oğluna və Ömərov Məzahir Şakir oğluna məxsus kafelər
Zaqatala rayonunda Şirinova Kəmalə Adil qızına və Nəzirli Azad İsmət oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində “Daş körpü”, “Əli”, “Ren”, “Şöhrət”, “Rəssiya” marketlər və Tağıyev Məzahir Bayram oğluna məxsus ərzaq mağazası
Tovuz rayonunda “Zirvə” və “Murad” restoranları
Beyləqan rayonunda “Sevinc”, “Ucuz”, “Qold”, “Emin”, “Davud”, “Əla” marketlər
Ucar rayonunda Həsənov Qurbanəli Cəfər oğluna məxsus kafe, “Uğur” və “Yay” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Giriş