AQTA qeydiyyat və təsdiqdən keçməyən sahibkarlıq subyektlərinə növbəti dəfə xəbərdarlıq edib
20 İyun 2023 12:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir. Təəssüflə qeyd edirik ki, hələ də qiymətləndirmə ilə bağlı Agentliyə müraciət etməyən sahibkarlıq subyektləri var.
Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara son dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq olunacaqdır. Bununla da, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.
AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş