AQTA qida təhlükəsizliyi ilə bağlı monitorinqlərini davam etdirir
29 Dekabr 2022 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.
Agentliyin əməkdaşları tərəfindən süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 5 pendir, 3 xama, 2 kəsmik, 9 ət və 3 toyuq dönəri olmaqla ümumillikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunmuşdur.
Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər. E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.
Bundan əlavə, Agentlik əməkdaşları tərəfindən məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.
Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 2 müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) plandankənar yoxlama aparılıb. Yoxlama çərçivəsində hər 2 müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.
Bundan əlavə, dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.
AQTA bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcəkdir.
Uyğunsuzluq aşkar edilmiş müəssisələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
|
Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair MƏLUMAT |
|||||
|
№ |
Sahibkarlıq subyekti |
Məhsulun adı |
Məhsulun istehsal tarixi |
Məhsulun çəkisi |
Laborator nəticələr |
|
1. |
"Kaspian Prodakşn Layn" MMC |
"Ağartı" əmtəə nişanlı |
04.11.2022 |
200 qr |
E.Coli |
|
2. |
"Həyat Qida" MMC |
"Tək Süd" əmtəə nişanlı pendir |
11.11.2022 |
6 kq |
E.Coli |
|
3. |
"Xırman" MMC |
"Qaymaq" əmtəə nişanlı |
18.11.2022 |
300 qr |
E.Coli |
|
4. |
Fiziki şəxs Əsgərov Elşən Süleyman oğlu |
"Hər Gün" əmtəə nişanlı "Yayla" pendiri |
20.11.2022 |
250 qr |
E.Coli |
|
5. |
Fiziki şəxs Mehdiyev Vüsal |
"Qarabağ Dadı" əmtəə nişanlı |
12.11.2022 |
3 kq |
E.Coli |
|
6. |
"Şamaxı Dairy Farm" MMC |
"Luga" əmtəə nişanlı 25% yağlılıqda xama |
02.11.2022 |
350 qr |
β-sitosterin |
|
7. |
"Yurdum" əmtəə nişanlı 25% yağlılıqda xama |
09.11.2022 |
175 qr |
E.Coli |
|
|
8. |
Fiziki şəxs Selman İbrahim |
"Selman" əmtəə nişanlı 18% yağlılıqda Şokoladlı kəsmik |
09.11.2022 |
400 qr |
E.Coli |
|
9. |
Fiziki şəxs Quliyev Kazım Camal oğlu |
"Göyçə" əmtəə nişanlı 65% yağlılıqda xama |
15.11.2022 |
200 qr |
E.Coli |
|
10. |
"İlkin-N" MMC |
"Dərələyəz Mahal" əmtəə nişanlı pendir |
01.11.2022 |
3 kq |
E.Coli |
|
Laborator nəticəsində uyğunsuzluq aşkar edilmiş sahibkarlıq subyektlərinə dair |
|||||
|
№ |
Sahibkarlıq subyekti |
Ünvanı |
Məhsulun adı |
Laborator nəticələr |
|
|
1. |
Fiziki şəxs Muradov Abdulla İbrahim oğluna məxsus |
Bakı şəhəri,Suraxanı rayonu, Yeni Suraxanı ştq, Yeni Günəşli qəs., ev 12S |
ət dönəri |
E.Coli |
|
|
2. |
Fiziki şəxs Haqverdiyeva Həbibə İsmayıl qızına məxsus "Tuncayın Mətbəxi" iaşə müəssisəsi |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 105b |
ət dönəri |
E.Coli |
|
|
3. |
Fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus "Dönərçi Baba" dönər evi |
Şəki şəhəri, M.F.Axundov prospekti |
ət dönəri |
E.Coli; |
|
|
4. |
Fiziki şəxs İbrahimov Elvin Rafiq oğluna məxsus "İncir" restoranı |
Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., ev 2A |
ət dönəri |
E.Coli |
|
|
5. |
Fiziki şəxs Absəlimov Vüsal Elşad oğluna məxsus "Lider" dönər evi |
Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 55/12 |
ət dönəri |
E.Coli |
|
|
6. |
Fiziki şəxs Qarayev Mehmana məxsus "Bol" dönər evi |
Mingəçevir şəhəri, M.Maqomayev küçəsi |
toyuq dönəri |
E.Coli |
|
|
7. |
Fiziki şəxs Əliyev Malik Mehdi oğluna məxsus dönərxana |
Beyləqan rayonu, Magistral küçəsi |
toyuq dönəri |
E.Coli |
|
|
8. |
Fiziki şəxs Məmmədov İlkin Şükür oğluna məxsus iaşə müəssisəsi |
Xaçmaz rayonu, Xaçmaz şəhəri, 1 nömrəli Sovxozun 4-cü şöbəsi |
toyuq dönəri |
E.Coli |
|
|
9. |
Fiziki şəxs Allahverdiyeva Zenfira Teymur qızına məxsus "Köz Piliç" kafesi |
Xaçmaz rayonu, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 262 |
ət dönəri |
E.Coli |
|
|
10. |
Fiziki şəxs Orucəliyev İftixar Cabir oğluna məxsus "Lüks" dönər evi |
Quba şəhəri, 223-cü Diviziya küçəsi |
ət dönəri |
E.Coli |
|
|
11. |
Fiziki şəxs Musayev Gülyar Asəf oğluna məxsus |
Quba şəhəri, məhəllə 29 |
ət dönəri |
E.Coli |
|
|
12. |
Fiziki şəxs Tahirov Elvin Kamran oğluna məxsus |
Quba şəhəri, Qəçrəş yolu |
ət dönəri |
E.Coli |
|
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
Giriş