AQTA Rumıniyanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini tanıyıb
5 May 2026 11:32
Azərbaycan Respublikasının Qida Təhlükəsiziyi Agentliyi (AQTA) tərəfindən Rumıniya Respublikasının qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyi tanınıb. Bununla bağlı AQTA qərar qəbul edib.
Qərara uyğun olaraq, bundan sonra Rumıniyanın yüksək riskli qida məhsulları istehsal edən müəssisələri əlavə qiymətləndirmə aparılmadan respublikamıza məhsullarının ixracını həyata keçirə biləcək.
Belə ki, təsdiq sisteminin ekvivalentliyi tanınan ölkələrin səlahiyyətli qurumları tərəfindən xarici qida obyektlərinin təsdiqinə dair müvafiq rəsmi məlumatlar olduğu və ya həmin obyektlər tərəfindən bu barədə Agentliyə müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda, onların yenidən təsdiqi tələb olunmur. Bu isə ölkəmizlə həmin dövlətlər arasında qida məhsullarının ticarət dövriyyəsinin artmasına töhfəsini verəcək.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xaricdən keçə biləcək xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri həyata keçirir.
Ağcabədi rayonunda yerləşən “7 Gözəl” şadlıq evində nöqsanlar aşkar edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus “7 Gözəl ” şadlıq evində yoxlama həyata keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş