AQTA sahibkarlara müraciət edib
16 İyul 2022 13:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
Monitorinqlər zamanı son günlərdə quş əti və quşçuluq məhsullarının baytarlıq şəhadətnaməsi olmadan satış şəbəkələrinə qəbul olunduğu, həmçinin belə məhsulların daşınmasında müvafiq müşayiətedici sənədin olmaması faktları aşkar edilib.
Agentlik quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, heyvan mənşəli məhsullar, o cümlədən quşçuluq məhsulları xüsusi risk qrupuna daxil olan qida məhsullarıdır və onların istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması və satışı zamanı müvafiq normativ hüquqi aktların tələblərinə əməl edilməməsi qanun pozuntusu olmaqla yanaşı, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Odur ki, quş əti və quşçuluq məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektləri daha diqqətli olmalı, eyni zamanda satış üçün quş əti və digər quşçuluq məhsullarını qəbul edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. Ticarət şəbəkələri tərəfindən quşçuluq məhsulları qəbul olunarkən AQTA-nın verdiyi baytarlıq şəhadətnaməsi və ya arayış tələb olunmalıdır. Müvafiq sənəd olmadan qəbul edilən məhsul mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsul hesab olunur.
AQTA bəyan edir ki, bu kimi hallar aşkarlanarsa, ticarət müəssisəsinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunacaq və onların fəaliyyətinin qarşısı qanunvericiliyin tələbləri çərçivəsində qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş