AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
17 Noyabr 2022 17:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
1-11 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 98 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 65 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Fəaliyyət sahəsi |
Aşkar olunan nöqsanlar |
Görülən tədbir |
İlkin istehsal obyektləri |
|||||
1 |
Namazova Rəna Qoca qızı |
Bakı şəhəri, Suraxanı rayonu, Südçülük Sovxozu |
Heyvandarlıq təsərrüfatı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
2 |
Məhərrəmova İradə Əmir qızı |
Qusar rayonu, Xurəl kəndi |
Meyvə bağı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
3 |
"GF Company" MMC |
Qusar rayonu, Kuzunqışlaq kəndi |
Tumlu və çəyirdəkli meyvələrin becərdilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
4 |
Bağırov Rasim Məmmədağa oğlu |
Sabirabad rayonu, Qalaqayın kəndi |
Ev quşlarının yetişdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
5 |
"Təminat-S" MMC |
Şəki rayonu, Orta Zəyzid kəndi |
Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
6 |
"Ata Agro" MMC |
Samux rayonu, Qarayeri qəsəbəsi |
İstilikxana |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
7 |
Quliyev Bahadur Oruc oğlu |
Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi |
Yem və un üyütmə dəyirmanı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
8 |
Qənbərov Şamxal Allahverdi oğlu |
Ağdam rayonu, Təzəkənd qəsəbəsi |
Ətlik və südlük iribuynuzlu mal-qara, xırdabuynuzlu heyvanların yetişdirilməsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
İstehsal və emal obyektləri |
|||||
9 |
"RS Ağsu Group" MMC |
Abşeron rayonu, Saray qəs., Saray-Sumqayıt şosesi |
İstehsalat müəssisəsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
10 |
"Halal Dad" MMC |
Abşeron rayonu, Hökməli qəsəbəsi |
Ət və ət məhsullarının istehsalı sexi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
11 |
Əmrullayev Mahir Fazil oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti |
"Quba Kürə Çörəyi" |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
12 |
Əzimov Tərlan Qabil oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küç., ev 1 |
Uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı və satışı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
13 |
Məmmədova Xəyalə Aslan qızı |
Cəlilabad rayonu, Cəlilabad şəhəri, H.Əliyev prospekti |
Şirniyyat mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
14 |
Əskərova Qızılgül Ağamirzə qızı |
Lənkəran şəhəri, Z.Əliyeva küçəsi |
"Gül Nənənin Təndiri" |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
15 |
"Qafqaz Konserv Zavodu" MMC |
Biləsuvar rayonu, Biləsuvar-İmişli yolu, 45-ci km |
Konserv məhsullarının istehsalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
16 |
Talışov Əşrəf Sulduz oğlu |
Lənkəran rayonu, Digah kəndi |
"Gülsüm Nənənin Təndiri" |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
17 |
İmamverdiyeva Rəqsanə Loğman qızı |
Mingəçevir şəhəri, Naxçivan küç., ev 40 |
Şirniyyat sexi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
18 |
Əhmədov Bayram İslam oğlu |
Mingəçevir şəhəri, Ərəş küçəsi |
Heyvan kəsim məntəqəsi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
19 |
Zeynalov Əkbər İbrahim oğlu |
Gəncə şəhəri, Ə.Əliyev küçəsi |
Dəri sexi, bağırsaq emalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
20 |
Hüseynov Əli Yaqub oğlu |
Göygöl rayonu, Üçtəpə kəndi |
Bağırsaq emalı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
21 |
Lətifov İlqar Abdulsəlim oğlu |
Tovuz rayonu Tovuz şəhəri, Sabir küçəsi |
“Lappetit” şirniyyat evi |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
22 |
Yunusov Qasım Xasay oğlu |
Beyləqan şəhəri, S.Qazıyeva küçəsi |
"Tural" şirniyyat istehsalı və satışı sexi |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
23 |
Təhməzov Qaryağdı Əsəd oğlu |
Beyləqan rayonu, Dünyamalılar kəndi |
Süd və süd məhsullarının istehsalı sexi |
Agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması |
İnzibati protokol tərtib olunub |
İctimai iaşə müəssisələri |
|||||
24 |
İbrahimov İlham Əliqulu oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., C.Qurbanov küç., ev 5 |
"Aura" şadlıq sarayı |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
25 |
Qədirzadə Nicat Bəxtiyar oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küç., ev 7 |
"Köz Dönər" |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
26 |
Babayev Eldar Tağı oğlu |
Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr., ev 119 |
"Şah Dönər" |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
27 |
Məlikov Əlizaman Çingiz oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi |
"Ocaq Üstü Dönər" kafesi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
28 |
"Alpaslan Tekstil" MMC |
Bakı şəhəri, Səbail rayonu, R.Rza küç., ev 17 |
"King Coffee and Burger" |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
29 |
"İD Keytrinq" MMC |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı ştq, H.Əliyev pr., ev 495 |
Keytrinq xidməti |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
30 |
Bayramova Xatirə Cümşüd qızı |
Sumqayıt şəhəri, 5 mkr, ev 24/139 |
"Saraclı" kafesi |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
31 |
Süleymanov Hicran Rəhman oğlu |
Şabran rayonu, Şabran şəhəri, H.Əliyev prospekti |
"Günel" şadlıq evi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
32 |
İbrahimov Elşad Tofiq oğlu |
Quba rayonu, Quba şəhəri, M.Qorki küç., ev 42 |
Çayxana |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
33 |
Hüseynov Bəxtiyar Hüseyn oğlu |
Saatlı rayonu, Saatlı şəhəri, H.Əliyev pr., ev 56 |
"Xəyal" şadlıq evi |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
34 |
Mustafayev Vaqif Şövqü oğlu |
Göyçay şəhəri, Nizami küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişməsi |
"Əli" dönərxana |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
35 |
"Torart" MMC |
Lənkəran şəhəri, Qala Xiyabani küçəsi |
"Tor" kafesi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
36 |
Məmişov İlham Nurəddin oğlu |
Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi |
"Gilavar" kafesi |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
37 |
Rüstəmov Natiq Fərrux oğlu |
Gəncə şəhəri M.A.Abbaszadə küç., ev 59 |
Kafe |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
38 |
Tağızadə Heydər Fazil oğlu |
Gəncə şəhəri, Ş.İ.Xətai prospekti |
Dönərxana |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
39 |
"Yeni Naftalan Hotel Company" MMC |
Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi |
"Qaşaltı Sanatoriyası" |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
Ticarət obyektləri |
|||||
40 |
Həmidov İlham İltifat oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi |
"Happy" market |
Agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması |
İnzibati protokol tərtib olunub |
41 |
Teymurov Səməd İbiş oğlu |
Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ilə Şərifzadə küçəsinin kəsişməsi |
"İmişli" ət mağazası |
Sanitar norma və qaydaların pozulması, heyvan mənşəli məhsulların baytarlıq ekspertiza aparılmadan satışı |
İnzibati protokol tərtib olunub |
42 |
İsmayılov İntizam Xanbaba oğlu |
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsi |
"İntizamın Ət Dükanı" |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
43 |
İmanov Samir Pariş oğlu |
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ilə Cavanşir küçəsinin kəsişməsi |
"Kəngərli" ət dükanı |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
44 |
Qarayev Qara Mahir oğlu |
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., ev 25/6 |
Un məmulatlarının satışı mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
45 |
Vüqar İsmayılov İsmət oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, məh. 4042/4060, ev 40-60 |
“İran Nemətləri" mağazası |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
46 |
Qasımov Rafiq Sabir oğlu |
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 4 |
"Ağcabədi" ət dükanı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
47 |
Rəcəbov Ehtiram Heydər oğlu |
Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi |
"Şok" market |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
48 |
Əhmədov Ramil Alim oğlu |
Xaçmaz rayonu, bazar ərazisi |
Pestisid və aqrokimyəvi maddələrin satışı mağazası |
Saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
49 |
Kərimov Əfqan Sabir oğlu |
Kürdəmir rayonu, Kürdəmir şəhəri, Bakı prospekti |
Ət satışı |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
50 |
Şirəliyev Malik Musaxan oğlu |
Cəlilabad rayonu, Əliqasımlı kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub |
51 |
Həsənov Münasib Əlizadə oğlu |
Cəlilabad rayonu, Uzuntəpə yolu, döngə 14 |
"Furqan" market |
Mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
52 |
Kərimli Ümid Vüqar oğlu |
Lənkəran şəhəri, H.Abdullayev küçəsi |
"REFEM" market |
Etiketlənməyə dair tələblərin pozulması |
İnzibati protokol tərtib olunub |
53 |
Bəşirova Salatın Qəssə qızı |
Oğuz rayonu, Calut kəndi |
Mağaza |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
54 |
Salmanov Saleh Valeh oğlu |
Oğuz şəhəri, H.Əliyev pr., ev 9 |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
55 |
Əhmədov Qəşəm İzmət oğlu |
Oğuz rayonu, Kərimli kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
56 |
Eyyubov Asim Kamil oğlu |
Oğuz rayonu, Sincan kəndi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
57 |
Abbasov Ramiz Valeh oğlu |
Qax rayonu, Turaclı kəndi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
58 |
Ələkbərova Salamət Məmmədəli qızı |
Şəki rayonu, Şəki şəhəri, S.Mumtaz küç., ev 3/8 |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
59 |
Vəliyeva Ülkər Qurban qızı |
Göygöl rayonu, Qızılca kəndi |
Bazar |
Agentliyin vəzifəli şəxsinin verilmiş tələbinin yerinə yetirilməməsi |
İnzibati protokol tərtib olunub |
60 |
Hacıyev Sübhan Rəşid oğlu |
Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
Ət mağazası |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
61 |
"Gəncə-Abad" İstehsal Ticarət Mərkəzi |
Gəncə şəhəri, T.Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsi |
Bazar |
Sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
62 |
Hüseynov Ramid Xudaverdi oğlu |
Şəmkir rayonu, Qədim Qala kəndi |
Bitki dərmanlarının satışı |
Dövlət qeydiyyatından keçməmiş preparatların və saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
63 |
Mustafayev Fərman Tapdıq oğlu |
Şəmkir rayonu, Sabirkənd kəndi |
Ərzaq mağazası |
Sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati protokol tərtib olunub |
64 |
Sadiqov Xıdır Əlaslan oğlu |
Şəmkir rayonu, Dəllər qəsəbəsi |
Ərzaq mağazası |
Saxlanma müddəti bitmiş məhsulların satışı |
İnzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib |
65 |
Rəhimov Zahid Katib oğlu |
Ağcabədi rayonu, Hindarx qəsəbəsi |
Mağaza |
Sanitar norma və qaydaların pozulması |
İnzibati protokol tərtib olunub |
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.