AQTA saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib
8 Dekabr 2022 09:53
Yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini diqqətli olmağa çağırır. Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar AQTA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkar olunmuş saxta alkoqollu içkilərlə bağlı məlumat aşağıdakı kimidir:
|
Aşkarlanmış saxta alkoqollu içkilər barədə məlumat |
|||
|
Müəssisənin ünvanı |
Fəaliyyət sahəsi |
Məhsul sayı |
Saxtalaşma əlaməti |
|
Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 |
ticarət obyekti |
95 ədəd |
İçkilərin bir qisminin üzərində istehsal və son istifadə tarixi və partiya nömrəsinin silindiyi, qablaşdırmasında aşkar pozuntuların olması faktı, başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. |
|
Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi |
ticarət obyekti |
6 ədəd |
İçkilərin bir qismində məhsulun qablaşdırılmasında istifadə olunan falqanın və aksiz markanın ikinci dəfə kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib. |
|
Səbail rayonu, Bülbül pr., ev 7 |
ticarət obyekti |
31 ədəd |
Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib. |
|
Xətai rayonu, Xocalı pr., ev 21 |
ticarət obyekti |
41 ədəd |
Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib. |
|
Xətai rayonu, G.S.Mehmandarov küç., ev 6 |
ticarət obyekti |
14 ədəd |
Məhsulların doldurulması və aksizində müəyyən şübhələr yaranıb. |
|
Nəsimi rayonu, 20 Yanvar küçəsi 15A |
ictimai iaşə müəssisəsi |
14 ədəd |
Təkrar istifadə olunan butulkalar, başlıq hissələrinin kustar üsulla bərkidilməsi, orijinal “Organic Line” içkilərində aksiz markasının alt hissəsində qalan qapağının üzərində “OL” möhürünün olmasına baxmayaraq, sözügedən butulkalarda həmin möhürün olmaması müəyyən edilib. |
|
Suraxanı rayonu, Qaraçuxur ştq, C.Qurbanov küç., ev 5 |
ictimai iaşə müəssisəsi |
1 ədəd |
Şüşəsindəki yazılar, butulkanın baş hissəsindəki məhsulun saxta olmamasını fərqləndirən “OL” nişanının olmaması, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. |
|
Daşkəsən rayonu, A.Abdullayev küç., ev 45 |
ticarət obyekti |
14 ədəd |
Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib. |
|
Daşkəsən şəhəri, H.Əliyev prospekti 26 |
ticarət obyekti |
8 ədəd |
Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib. |
|
Goranboy rayonu, Civəzadə küçəsi |
ictimai iaşə müəssisəsi |
28 ədəd |
İstehlak olunmuş araqların butulkalarından təkrar istifadə olunması, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. |
|
Ağdam rayonu, Bənövşələr qəsəbəsi |
ticarət obyekti |
154 ədəd |
Orqanoleptik baxış zamanı köhnə aksiz markaların yapışqanlarının qalıntılarının müşahidə edildiyi, yeni aksiz markaların qapağın digər tərəfindən yapışdırıldığı, qapağın butulkaya birləşən hissələrinin müəyyən edilmiş normadan artıq olduğu, orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. |
Adətən, belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.
Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.
Oxşar xəbərlər
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Tədbirlər zamanı Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub. Baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Lənkəran şəhərlərində və Tərtər rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərə əsasən, insan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin və qida mənşəli risklərin qarşısının alınması məqsədilə avadanlıqlara, istehsal proseslərinə, işçilərə dair müəyyən edilmiş normalara əməl edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
Bakıda bir sıra şadlıq saraylarında nöqsanlar aşkarlanıb - VİDEO
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub. Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir. LİNK:
Giriş