AQTA sədri Ağcabədidə istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olub
17 Yanvar 2025 21:09
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi rayonuna səfəri çərçivəsində “Atena” MMC-də olub.
Agentliyin sədri “Atena” MMC-yə məxsus süd zavoduna və maldarlıq fermasına baxış keçirib. Q.Təhməzli zavoda daxil olan xammal, istehsal prosesi, müəssisədə sanitar-gigiyenik tələblərin gözlənilməsi və avtomatlaşmış idarə sistemləri ilə tanış olub. Eyni zamanda Agentlik sədrinə fermada saxlanılan heyvanlar, istehsal olunan məhsul, heyvanlara göstərilən baytarlıq xidmətləri, xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması, fermanın daxilində bioloji təhlükəsizliyin tələblərinin gözlənilməsi barədə məlumat verilib. Fermanın daxili elektron sistemi nümayiş olunub, heyvanların fizioloji sağlamlıq vəziyyətinin elektron izlənilməsi ilə tanışlıq həyata keçirilib. Həmçinin müəssisədə istehsal edilən müxtəlif süd məhsulu çeşidlərinin ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Agentlik sədri tərəfindən zəruri tapşırıq və tövsiyələr verilib.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş