AQTA sədri çəltik və giləmeyvə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib
30 Aprel 2022 10:00
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin iştirakı ilə “Çəltik İstehsalçıları və İxracatçıları”, “Giləmeyvə İstehsalçıları və İxracatçıları” assosiasiyalarının rəhbərləri və müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Görüşdə son illərdə ölkəmizdə bitki sağlamlığı sahəsində aparılmış stimullaşdırıcı tədbirlər barədə geniş məlumat verən AQTA sədri Qoşqar Təhməzli çəltik, eləcə də giləmeyvə istehsalının inkişafının sürətləndirilməsi, bu sahələrdə mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, sahələr üzrə ixrac potensialının yüksəldilməsi istiqamətində hərtərəfli dövlət dəstəyi verilməklə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyünü və uğurlu nəticələr əldə olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, görülən işlərin tərkib hissəsi olaraq, AQTA tərəfindən də müvafiq tədbirlər davam etdirilir, eyni zamanda Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq sözügedən sahələr üzrə təsərrütfatlarda monitorinqlər həyata keçirilir, aşkar olunan uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə hərtərəfli metodiki dəstək və köməklik göstərilir.
Tədbirdə Assosiasiya rəhbərləri və sahibkarlarla müvafiq sahədə mövcud vəziyyət ətraflı təhlil edilib, qarşıya çıxan çətinliklərin həlli üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda sahibkarların rəy və təklifləri dinlənilərərk, AQTA-nın səlahiyyətlərinə aid məsələlərlə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Görüşdə Agentlik tərəfindən göstərilən dəstək tədbirlərinin genişləndirilməsinin bundan sonra da təmin olunacağı vurğulanıb.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş