AQTA sədri Naxçıvanda vətəndaşlarla görüşəcək
1 Sentyabr 2023 17:30
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin sentyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 22-si saat 10:00-da Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 44 ünvanında Naxçıvan şəhəri və Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 21-dək qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
İctimai iaşə obyektlərində qida tullantılarına dair tələblərə əməl olunmalıdır!
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalı, o cümlədən qida tullantılarına dair tələblər yerinə yetirilməlidir. İctimai iaşə obyektlərində iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanmalı və kənarlaşdırılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda qablarda qalan tullantılar boşaldılaraq təmizlənməli və dezinfeksiya edilməlidir. Qida tullantıları gigiyena və ətraf mühitin mühafizəsi tələblərinə riayət olunmaq şərtilə kənarlaşdırılmalı, birbaşa və ya dolayı yolla çirklənmə mənbəyi olmasının qarşısı alınmalıdır. Çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması və tullantıların kənarlaşdırılması eyni zamanda həyata keçirilməməlidir.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 9-13 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki, Tovuz rayonlarında fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb
İdxal olunan hind quşu subməhsulunda salmonella aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində “TFL-CO.” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan, 01.05.2024-27.11.2024-cü il, 01.06.2024-28.11.2024-cü il, 06.07.2024-02.01.2025-ci il istehsal və son istifadə tarixli hind quşu subməhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.