AQTA sədri qida məhsullarının ticarəti sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
13 Dekabr 2024 17:08
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir.
Bu çərçivədə bu gün qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının ticarəti zamanı qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.
Q.Təhməzli bundan əvvəl pestisid, aqrokimyəvi maddə və gübrə istehsalı, saxlanması, satışı və idxalı, çörək istehsalı, dəyirman və taxıl idxalı, süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahələrində, eləcə də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və digər istiqamətlərdə fəaliyyət göstərən sahibkarları qəbul edib.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
AQTİ-də “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim keçirilib
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təşkil olunub. Təlim iştirakçılarına “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Qida subyektlərinin nümayəndələri müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb. İnteraktiv formada təşkil edilən təlimin sonunda bəhs olunan mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Gəncə Təndiri"ndə keçirilən yoxlama zamanı nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ağsu şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən “Gəncə Təndiri” ictimai iaşə obyektində yoxlama aparılıb. Yoxlama zamanı ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Belə ki, obyektin ümumi sanitar vəziyyətinin qənaətbəxş olmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin döşəmə və divar səthlərinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan səthlərin təmirsiz vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib. Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına üzv seçilib
Azərbaycan Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzv seçilib. Üzvlük çərçivəsində ölkəmiz dabaq xəstəliyinə və oxşar transsərhəd heyvan xəstəliklərə qarşı hazırlığın və nəzarətin gücləndirilməsində Komissiya ilə sıx əməkdaşlıq edəcək. Azərbaycan EuFMD proqramı vasitəsilə təklif olunan geniş texniki dəstək və imkanlardan faydalanacaq. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iki il ərzində təlim proqramlarında iştirak edəcəklər. Qeyd edək ki, üzv ölkələr dabaq və oxşar transsərhəd heyvan xəstəliklərinə nəzarət ilə bağlı bütün məsələlər üzrə texniki məsləhətlər ala biləcək, fövqəladə hallar zamanı yardım, o cümlədən böhranların koordinasiyası və cavab tədbirlərində dəstək göstəriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş