AQTA sədri Qoşqar Təhməzli Çində səfərdədir
9 İyun 2026 15:26
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.
9–13 iyun 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi və digər rəsmilər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də digər prioritet məsələlər ətrafında müzakirələr aparılacaq. Həmçinin bir sıra sənədlərin imzalanması gözlənilir.
Oxşar xəbərlər
Azərbaycanla İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi məsələsi müzakirə olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Görüşdə ölkələrimiz arasında qida məhsullarının idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, İsrailin idxal tələblərinin öyrənilməsi, eləcə də iki ölkənin qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyinin qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Bundan başqa heyvan mənşəli məhsulların İsrailə ixrac perspektivləri və bu istiqamətdə mövcud imkanlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
ATU-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Qidalanma və tibbi ekologiya kafedrasında Ümumdünya Qida Təhlükəsizliyi Günü və Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş tədbir keçirilib.
Dünya çempionu Hacı Əliyev: Düzgün seçilməyən idman qidaları sizi idmandan kənarlaşdıra bilər
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu, Olimpiya Oyunlarının mükafatçısı Hacı Əliyev idman qidaları ilə bağlı gənclərə müraciət edib. O bildirib ki, son illərdə idmana marağın artması ilə paralel olaraq idman qidalarından istifadə edənlərin sayı da artır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş