AQTA sədri Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili ilə görüşüb
6 May 2026 18:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili arasında görüş keçirilib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, ötən ilin avqust ayından etibarən Gürcüstanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınması iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsinə mühüm töhfə verib. Bu qərar Gürcüstanda fəaliyyət göstərən yüksək riskli qida məhsulları istehsal edən müəssisələrin əlavə qiymətləndirmə prosedurlarından keçmədən Azərbaycan Respublikasına ixrac imkanlarını artırıb.
Tərəflər qida məhsullarının idxal, ixrac və tranzit daşınmalarına nəzarətin daha səmərəli təşkili, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Georgi İakobaşvili iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi üzrə gələcək addımlar müəyyənləşdirilib.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş